Səhiyyə

Elektron resept yazmayan həkimləri nə gözləyir?

7 Fevral 2025 17:49
Baxış: 422
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2024-cü ildən ölkədə tibbi məlumatların şəffaf, effektiv və əlçatan olması məqsədilə elektron resept sisteminin tətbiqinə başlanılıb. Yəni, həkimlər pasiyentlərin istifadəsi üçün yazdığı dərmanların adlarını və istifadə qaydalarını təkcə kağız blanklarda yox, həm də elektron qaydada qeyd edə bilirlər.

Vətəndaşlar isə onlara verilən kodu aptekə təqdim etməklə preparatları əldə edirlər. Rəqəmsallaşma sahəsində atılan bu addım təqdirəlayiq olsa da, mənfi tərəfləri də var.

"Mənə elektron resept rahat deyil. Dünən dörd saat növbədə gözlədim. Həkimin fikri ancaq kompüterdə qalır, xəstəni yoxlaya bilmir", - deyə sakin Baku TV-nin keçirdiyi sorğu zamanı narazılığını bildirib.

Əczaçılar isə deyirlər ki, elektron reseptlə müraciət edən vətəndaşların sayı azdır.

"Elektron reseptlərin yoxlanılması zamanı heç bir mənfi halla rastlaşmamışam. Kodu proqrama daxil edirik və resept problemsiz şəkildə açılır, hansı həkim və xəstəxana tərəfindən yazıldığı da aydın görünür", - deyə əczaçı Səidə Pənahova söyləyib.

Rəqəmsal Səhiyyə Mərkəzindən bildirilib ki, nazirliyin tərkibində olan bütün tibb müəssisələrinə elektron reseptin təyin edilməsi ilə bağlı xəbərdarlıq edilib.

O da əlavə edilib ki, elektron reseptin təyin edilməməsinə görə gələcəkdə cərimələr tətbiq oluna bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.