Sağlamlıq

Bu qidalar stressə səbəb olur

17 Oktyabr 2023 07:39
Baxış: 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gün ərizndə yediyimiz bəzi qidalar xoşbəxtlik hormonu verərkən, bəziləri isə stressə səbəb olur.

Milli.Az xəbər verir ki, düzgün və sağlam qidalanma ruh sağlamlığımız üçün də önəmlidir.

Dietoloqlar psixologiyamıza mənfi təsir edən, stressə səbəb olan qidaları açıqlayıb:

Şəkərli və ağ unlu qidalar

Glisemik indeksi yüksək olan bütün qidalar bu qrupda yer alır. Bu qidalar qan şəkərini yüksəldib və ya azalda bilər. Bunun nəticəsində də bədən stressə girər.

Şirniyyatlar

Ləzzətinə görə yediyiniz şirniyyatlar xoşbəxt hiss etməyinizə səbəb olsa da, bu qidalar stressi artırır. Buna misal olaraq, şərbətli şirniyyatlar, ağ çörək, ağ undan hazırlanan məmulatlar, tortlar buna misaldır.

Süd

Süd və süd məhsulları bir sıra problemlərə yol aça bilər. Buna intolerans adı verilib. Əgər süd məhsulları yediyiniz zaman bağırsaq problemləri, ishal, şişkinlik, mədə yanmaları yaranırsa, bu hal süd intoleransı deməkdir.

Qəhvə

3 stəkandan artıq qəhvə içmək orqanizm üçün zərərlidir. Ona görə qəhvə də stressə səbəb olan qidalar sırasındadır.

Protein

Bəzi məşhur diet proqramlarında xüsusilə protein tərkibli qidalanmağa üstünlük verilir. Artıq miqdarda proteinlə qidalanmaq bədəni stressə salır. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.