Yeni epidemiya təhlükəsi - 5,6 milyard insan risk altındadır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ağcaqanadlar vasitəsilə yayılan "Çikungunya" virusunun sürətlə yayılması ilə bağlı ölkələri təxirəsalınmaz ehtiyat tədbirləri görməyə çağırıb. Təşkilat virusun 20 il əvvəl Hind okeanı regionunda baş vermiş böyük epidemiyaya bənzər bir təhlükə yaratdığını bildirib.
Milli.Az xəbər verir ki, ÜST-nin texniki zabiti Diana Rojas Alvarez qeyd edib ki, "Çikungunya" virusu hələ geniş şəkildə tanınmasa da, indiyədək 119 ölkədə aşkarlanıb və bu, 5,6 milyard insanı risk altında qoyur. Virus yüksək hərarət və şiddətli oynaq ağrıları ilə müşayiət olunur, bəzi hallarda isə ölümlə nəticələnə bilir.
Alvarez xatırladıb ki, 2004-2005-ci illərdə Hind okeanı adalarında başlayan epidemiyada yüz minlərlə insan yoluxmuşdu. Onun sözlərinə görə oxşar vəziyyət 2025-ci ilin əvvəlindən etibarən yenidən yaranmağa başlayıb. Reunion, Mayotte və Mavrikiy adalarında kütləvi yoluxma qeydə alınıb. Reunion adasında əhalinin təxminən üçdə birinin virusa yoluxduğu bildirilir.
Hazırda virus Afrikanın Madaqaskar, Somali və Keniya kimi ölkələrinə yayılır. Yoluxma Cənubi Asiyada da müşahidə olunur. Üstəlik, Avropa ölkələri də təhlükə ilə üz-üzədir. Fransada artıq yerli ötürülmə təsdiqlənib, İtaliyada isə şübhəli hallar aşkar edilib.
Alvarez bildirib ki, ölüm halları hər nə qədər 1 faizdən az olsa da, virusun milyonlarla insana yoluxması minlərlə insanın həyatına son qoya bilər.
Çikungunya virusu əsasən Aedes aegypti və Aedes albopictus (pələng ağcaqanad) növləri ilə ötürülür. Bu ağcaqanadlar səhər və axşam saatlarında xüsusilə aktivdir. ÜST-nin açıqlamasına görə, iqlim dəyişikliyi bu növlərin şimal bölgələrinə yayılmasına səbəb olur. İmmuniteti zəif olan ərazilərdə virusun əhalinin 75 faizinə qədərini yoluxdura biləcəyi qeyd edilir.
ÜST əhalini ağcaqanad kovuculardan istifadə etməyə, su qablarını boş saxlamağa və ağcaqanadların çoxala biləcəyi mühitləri aradan qaldırmağa çağırıb. Təşkilat bu yolla yayılmanın qarşısını almağın mümkün ola biləcəyini vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Niyə toyuq əti mağazaları bürüyüb, xoruz isə satılmır” – Mütəxəssisdən şok iddia - (Video)
-
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
-
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
-
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
-
Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr
-
Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
XƏBƏR LENTİ
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olundu - (Video)
-
Bədavi Hüseynovla müsahibə: "Qarabağ" təslim olmamaq nümunəsidir"
-
Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
Anar Əsədli barəsində qərar verildi
-
Motoxuliqanlıq edən 30 sürücü saxlanıldı
-
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
-
Leyla Əhmədova həbs edilib
-
"Kəpəz" - "Qəbələ" oyunu 1 dəqiqəlik sükutla başlayacaq
-
İran var gücü ilə özünü müdafiə edəcək
-
Toyda arvadına kilolarla qızıl taxan fenomen həbs edildi
-
6 milyon manatdan çox ƏDV qaytarılıb
-
Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama
-
“Qızıl top”u özümə verərdim” - Mbappe
-
Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq
-
Macarıstan 10 rus diplomatını ölkədən çıxarır
-
İnarə Mirhəsənova yüksək vəzifəyə təyin edildi
-
1100-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verildi
-
Əməkdar artist 25 il "cavanlaşdı" - Yeni görünüşü müzakirə yaratdı - (Video)
-
Hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür - Nazir
-
Media və Yayım Şurasına sədr təyin edilib - Sərəncam





