Sağlamlıq

Gecələr çığırmaq və əl-qol atmaq təhlükəli xəstəliyin əlaməti ola bilər

2 İyun 2025 08:48
Baxış: 791
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yuxuda çığırmaq və əl-qol atmaq Parkinson və demensiyanın erkən əlaməti ola bilər

Əgər bir insan yuxu zamanı çığırır, əl-qol və ya ayaq hərəkətləri edirsə, bu hal ciddi nevroloji problemlərin - Parkinson xəstəliyi və ya Levi cisimcikli demensiyanın - ilkin əlaməti ola bilər.

Milli.Az xəbər verir ki, bu barədə "eBioMedicine" jurnalında dərc olunan elmi araşdırmada məlumat verilib. Alimlər 1200-dən çox şəxsin beyninin MRT görüntülərini təhlil edərək belə nəticəyə gəliblər.

Normalda yuxu zamanı əzələlər iflic vəziyyətində olur, bu da yuxuda görülən hərəkətlərin fiziki olaraq təkrarlanmamasını təmin edir. Lakin REM yuxu davranış pozuntusu (RBD) zamanı bu mexanizm pozulur və insan yuxuda oyaqmış kimi çığırır, təpik atır və ya aqressiv davranışlar sərgiləyir. Bu vəziyyət əsasən 50 yaşdan sonra müşahidə olunur və belə şəxslərin 90%-ə qədəri sonrakı illərdə Parkinson və ya demensiya diaqnozu alır.

Araşdırma zamanı alimlər süni intellektin köməyi ilə RBD yaşayan şəxslərin beynində iki fərqli növ atrofiya müəyyən ediblər:

Parkinson xəstəliyində zədələnmə əsasən dərin beyin strukturlarında başlayır,

Demensiyada isə bu proses beyin qabığında müşahidə olunur.

Bu fərqlər həkimlərə gələcəkdə xəstəliyin hansı istiqamətdə inkişaf edə biləcəyini öncədən müəyyən etməyə imkan verə bilər.

Mütəxəssislər bildirir ki, RBD-nin erkən mərhələdə aşkarlanması və beyin dəyişikliklərinin izlənməsi sayəsində bu ağır xəstəliklərin inkişafını yavaşlatmaq və daha təsirli müalicə üsulları tətbiq etmək mümkündür.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.