"Bəzi kişilər ondan ayrılan xanımının başqa kişi ilə münasibətə başlamasını qəbul edə bilmir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bəzi kişilər onları sevməyən xanımlardan vaz keçə bilmirlər".
Milli.Az xəbər verir ki, bunu psixoloq Nabat Mirzəyeva açıqlamasında deyib.
O bildirib ki, bu sevginin 2 növü var:
"Biri illərlə mübarizə verilmiş sevgidən sonra kişi xanımının sevgisizliyinə davam gətirə bilməməsidir. Digəri isə kişinin ona qarşı heç bir sevgi hiss etməyən qadına çox bağlanmasıdır. Bunlar tamamilə fərqli faktorlardır. Əslində, sevgi olmadan verilən mübarizə qarşılıqsız sevgi sayılır".
Ekspert kişilərin onları sevməyən qadınlardan vaz keçə bilməmələrinin səbəblərindən söz açıb:
"Bu, əsasən uşaqlıqdan qaynaqlanır. Bəzi bəylər uşaqlıqda valideynləri tərəfindən tam sevgi görmürlər. Nəticədə, həmin uşaqlar valideynləri tərəfindən sevilmək üçün mübarizə aparırlar.
Ona görə böyüdükdə də belə travma yaşadığı üçün kişi ondan ayrılmaq istəyən xanımdan ayrılmağa müsbət yanaşmır. Hətta həmin qadın tərəfindən sevilməsi belə ondan vaz keçə bilmir".
Həmsöhbətimiz qeyd edib ki, bəzən də kişilər xanımların onlardan ayrılmasını qəbul edə bilmirlər:
"Bu isə ona şüuraltı olaraq uşaqlıqda yaşadıqlarını xatırladır. O, inad, qəzəb, qürur, kin və nifrət kimi müxtəlif səbəblərdən dolayı həmin xanıma doğru yenidən addımlamağa başlayır. Bundan başqa, belə bəylər həmin xanımların başqa kişi ilə münasibətə başlamasını da qəbul edə bilmirlər. Yəni bəy qarşılıqsız sevgi uğurunda mübarizə aparır".
Nabat Mirzəyeva diqqətə çatdırıb ki, bəzən isə əksər kişilər xanımla çox yaxşı ünsiyyət yaşasalar da, öz səhvlərinə görə ayrılırlar:
"Bəy etdiyinə peşman olduğu üçün xanım uğrunda mübarizə aparmağa başlayır. Lakin kişi qarşı tərəfin onu sevməməsinə rəğmən mübarizəyə davam etməsi də problemdir.
Ümumiyyətlə, insanların yaşadığı duyğuları unutmamaları normaldır. Lakin ona taxıntılı şəkildə bağlanması psixoloji problemdir. Gücümüz yetən qədər bizi sevməyən qadın və ya kişi üçün uğrunda mübarizə aparmağımız doğru deyil, hər nə qədər sevdiyimizi düşünsək belə"./hit.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
-
“Niyə toyuq əti mağazaları bürüyüb, xoruz isə satılmır” – Mütəxəssisdən şok iddia - (Video)
-
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
-
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
XƏBƏR LENTİ
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
-
Azərbaycanda nadir hadisə: Döl uşaqlıq əvəzinə qaraciyərdə inkişaf edib - (Video)
-
Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar - (Yenilənib)
-
Faiq Mirzəyev oğluna toy etdi - (Video/Foto)
-
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
-
İtkin düşən 8 nəfər tapıldı
-
Mahir Emrelinin paltardəyişmə otağında çılğın qələbə sevinci - (Video)
-
Türkiyəli aktrisa “Sənə də qalmaz” oxudu - (Video)
-
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi - (Video)
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər





