Sağlamlıq

Erkən ölüm riskini azaldan qida pəhrizi - Nə yeməlisiz?

14 Yanvar 2022 22:10
0 Şərh     Baxış: 469

Yağ, meyvə və tərəvəzlərin tənzimlənmiş şəkildə qəbulu və yüksək miqdarda karbohidratlardan imtina edilməsini nəzərdə tutan pəhriz ölüm riskini azaldır.

Milli.Az xəbər verir ki, alimlər bu fikrə beş qitədən olan 135 min nəfər üzərində araşdırma apardıqdan sonra gəliblər.

Əvvəlki araşdırmalardan fərqli olaraq, yeni tədqiqatlar nəticəsində yüksək miqdarda yağ qəbulunun ölüm riskini azaltdığı məlum olub. Bundan əlavə, karbohidratların yüksək miqdarda qəbulu ürək-damar xəstəliklərinin yaranmasına səbəb olmasa da, ölüm riskini artırdığı aşkarlanıb.

Məlumatların toplanması üçün araşdırmaçılar 7 il yarım vaxt sərf ediblər. Belə ki, onlar 18 aşağı, orta və yüksəkgəlirli ölkələrdə yaşayan 135 min nəfərin pəhriz proqramlarını öyrənib və onları izləyiblər.

Tədqiqatın nəticələrinə əsasən, gün ərzində orta hesabla 3-4 pors və ya ən azı 375-500 qram meyvə, tərəvəz və paxlalı bitki yeyənlərdə ölüm riski digərlərinə nisbətən aşağıdır. /medicina.az

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.