Füzulidə minalardan təmizlənmiş ərazilərdə şəkər çuğunduru becərilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi qrupundan verilən məlumata görə 44 günlük Vətən müharibəsindən sonra Füzuli rayonunun işğaldan azad edilmiş 600 hektar kənd təsrrüfatı təyinatlı torpaq sahəsində taxıl becərilib və məhsul tədarük edilib. Həmçinin, cari ildə rayonun 288.8 hektar ərazisində şəkər çuğunduru əkilib və həmin torpaqların 78,8 hektarı işğaldan azad edilmiş əraziləri əhatə edir.
Füzuli rayonunun işğaldan azad edilmiş Seyidmahmudlu kəndi ərazisindəki minalardan təmizlənmiş həmin torpaqlarda şəkər çuğunduru ilk dəfədir becərilir və yüksək məhsuldarlığa nail olunub. Belə ki, şəkərlilik faizi 15-16 faiz göstərici ilə hər hektardan 55-60 ton məhsul yığılıb və bu günə kimi 1800 tona yaxın məhsul tədarük edilib. Rayon üzrə bu göstərici 3600 tondur.
Sahələrdə şəkər çuğunduru yığımı davam edir və məhsulun itkisiz və optimal müddətdə tam yığılıb tədarük edilməsi üçün əraziyə müasir tipli çuğundur yığan kombayndan istifadə edilir. Əkin sahələrinə suvarma suyu Köndələnçay üzərində yerləşən su anbarından verilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Polis cinayət törətməkdə şübhəli bilinən 35 nəfəri saxladı
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
Gənc Tamaşaçılar Teatrında “Pullu komediya”nın premyerası keçiriləcək
-
Dünya bazarlarında neft bahalaşdı
-
Füzuliyə həyat yenidən qayıdır - Kamaləddin Qafarov
-
Qazın qiyməti ucuzlaşdı
-
“Qarabağ” “Neftçi”yə, “Qəbələ” “Sabah”a qarşı
-
İstanbulda son 84 ilin ən güclü yağışı: Ölənlərin sayı artdı
-
Ronaldo Portuqaliyada mineral su zavodu tikdirir
-
Hörmüz boğazında batan gəmi ilə bağlı təhlükəli xəbərdarlıq
-
Trampdan diqqətçəkən açıqlama: “Bu, müharibə deyil”
-
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
-
Oktyabrın ortaları 3 bürc üçün yeni mərhələ başlayır
-
Xəmir kimi alınan düyünü xilas etməyin sirri: Qazana sadəcə 2 tikə qoyun
-
Yumurta qan şəkərinə necə təsir edir?
-
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
-
İlboyu səyahəti üçün ən isti yerlər
-
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?
-
Bir cüt qolu və iki başı olan uşaq doğuldu
-
Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - (Video)
-
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
-
4 gün ardıcıl iş olmayacaq
-
Günün qoroskopu: Bu gün keçmişinizdən dərs almaq üçün əla gündür
-
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür





