Azərbaycan 3 ölkəyə faraş kartof ixracına başladı - RƏSMİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan xarici ölkələrə faraş kartof ixracına başlayıb.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
O bildirib ki, hazırda Cəlilabad və Şəmkir rayonlarında faraş kartof yığımına başlanılıb:
"Faraş kartof yığımı yüksək səviyyədə davam edir. Hazırda faraş məhsulu daxili bazarla yanaşı xaricə də ixrac olunur. Azərbaycan fermerləri əsasən Ukrayna, Rusiya və Belarusa faraş kartof ixrac edir. Sahibkarların mallarını ixrac etməsi üçün bütün şərait yaradılıb. Ölkədə karantin rejiminin elan olunmasına baxmayaraq, fermerlərin mal ixrac etməsinə heç bir maneəçilik törədilmir. Artıq 10 gündür ki, Azərbaycan xaricə faraş kartof ixracını davam etdirir".
V.Hüseynov bildirib ki, bu il faraş kartof istehsalı boldur:
"Məhsul bol olduğu üçün fermerlər ixracla yanaşı məhsullarını daxili bazarlara da göndərirlər. Məsələn, hazırda Şəmkir rayonunda faraş kartofu pərakəndə satışda 1 kiloqramı 60 qəpikdir. Həmin məhsulun Bakıda qiyməti isə 70, 80, 90 qəpik arasında dəyişir. Hazırda yığım davam edir. Faraş kartof yığımı mayın sonuna qədər başa çatmalıdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Özümü dünyanın ən xoşbəxti hiss edirəm” - Xoşqədəm Hidayətqızı
-
Bərdədə zəncirvari qəza - dörd nəfər xəsarət alıb - (Foto)
-
Qurban Qurbanov azyaşlı azarkeşini belə sevindirdi - (Video)
-
ABŞ-də 16 ildən sonra bir gündə 3 edam
-
Kıvanç Tatlıtuğ sosial şəbəkə hesablarını bağladı
-
UEFA Mahir Emrelinin klubunu böyük məbləğdə cərimələdi
-
Vətən müharibəsi iştirakçısına Naxçıvanda yüksək vəzifə verildi
-
Marsda gözlənilməz kəşf - FOTO
-
Ağ Ev üçün 927 milyonluq plan hazırlanır
-
Sabah 29 min abonent qazsız qalacaq
-
Tanınmış xanəndə efirdə göz yaşlarını saxlaya bilmədi - (Video)
-
İngiltərə çempionu "Lester Siti" satışa çıxarıldı
-
Moldova Ruslan Əsgərovu təhvil verdi
-
Xalq artistinin dəbdəbəli bağ evi diqqət çəkdi - (Video)
-
"Beşiktaş"a transfer olunan Vlahoviç özü ilə 2 yeşik pomidor gətirib - (Video)
-
İtaliyada 8 milyonluq yaxta batdı - 4 gündür alınmışdı - (Fotolar)
-
FHN: Suda boğulmaların əsas səbəbləri bunlardır
-
"Toxumçuluq haqqında" qanun təsdiqləndi
-
Yeni və tam təmirli mənzil almaq istəyənlərin nəzərinə
-
Amaliya Pənahovanın qılıncı satışa çıxarıldı - (Foto)
-
"Dinamo Kiyev" əfsanəsi: "Qarabağ" fırtına qoparan həmin komanda deyil"
-
Fabyen Bartezin yeni iş yeri bəlli oldu
-
“Yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq”
-
Qarayara xəstəliyi ilə bağlı vəziyyət nəzarətə götürüldü - 3 qurum birgə məlumat yaydı





