Azərbaycanda ixracat artıb - Əsas ixrac məhsulları pomidor, pambıq və...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"2019-cu ilin yanvar-avqust ayları ərzində ölkəmizin ixracı 13,5 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 633 milyon ABŞ dolları və ya 5 faiz artıb".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2019-ci ilin sentyabr sayında qeyd edilib.
İcmalın bu sayında göstərilir ki, bu müddətdə qeyri-neft sektoru üzrə 1 milyard 277 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 8 ayında qeyri-neft sektoru üzrə ixrac 184 milyon ABŞ dolları və ya 17 faiz artıb.
Bu ilin yanvar-avqust ayları ərzində Rusiyaya 427,1 milyon, Türkiyəyə 278,6 milyon, İsveçrəyə 111,5 milyon, Gürcüstana 110,4 milyon və İtaliyaya 33,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 8 ayında Rusiyaya qeyri-neft ixracı 14 faiz, Türkiyəyə 12 faiz, İsveçrəyə 21 faiz, Gürcüstana 25 faiz və İtaliyaya 2,4 dəfə artıb. Eyni zamanda qeyri-neft sektoru üzrə ixracın dəyərində Rusiyaya (33,4 faiz), Türkiyəyə (21,8 faiz), İsveçrəyə (8,7 faiz), Gürcüstana (8,7 faiz) və İtaliyaya (2,6 faiz) göndərilən malların payı üstünlük təşkil edib.
2019-cu ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (141,5 milyon ABŞ dolları) liderliyini qoruyub. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 107,7 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (85,1 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bərdədə zəncirvari qəza - dörd nəfər xəsarət alıb - (Foto)
-
Qurban Qurbanov azyaşlı azarkeşini belə sevindirdi - (Video)
-
ABŞ-də 16 ildən sonra bir gündə 3 edam
-
Kıvanç Tatlıtuğ sosial şəbəkə hesablarını bağladı
-
UEFA Mahir Emrelinin klubunu böyük məbləğdə cərimələdi
-
Vətən müharibəsi iştirakçısına Naxçıvanda yüksək vəzifə verildi
-
Marsda gözlənilməz kəşf - FOTO
-
Ağ Ev üçün 927 milyonluq plan hazırlanır
-
Sabah 29 min abonent qazsız qalacaq
-
Tanınmış xanəndə efirdə göz yaşlarını saxlaya bilmədi - (Video)
-
İngiltərə çempionu "Lester Siti" satışa çıxarıldı
-
Moldova Ruslan Əsgərovu təhvil verdi
-
Xalq artistinin dəbdəbəli bağ evi diqqət çəkdi - (Video)
-
"Beşiktaş"a transfer olunan Vlahoviç özü ilə 2 yeşik pomidor gətirib - (Video)
-
İtaliyada 8 milyonluq yaxta batdı - 4 gündür alınmışdı - (Fotolar)
-
FHN: Suda boğulmaların əsas səbəbləri bunlardır
-
"Toxumçuluq haqqında" qanun təsdiqləndi
-
Yeni və tam təmirli mənzil almaq istəyənlərin nəzərinə
-
Amaliya Pənahovanın qılıncı satışa çıxarıldı - (Foto)
-
"Dinamo Kiyev" əfsanəsi: "Qarabağ" fırtına qoparan həmin komanda deyil"
-
Fabyen Bartezin yeni iş yeri bəlli oldu
-
“Yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq”
-
Qarayara xəstəliyi ilə bağlı vəziyyət nəzarətə götürüldü - 3 qurum birgə məlumat yaydı
-
Hava pisləşəcək: Güclü leysan, çaylardan sel keçəcək





