Azərbaycan daha çox hansı ölkələrə məhsul ixrac edib?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2019-cu ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 161 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 97 ölkəyə məhsul ixrac olunub, 151 ölkədən idxal olunub.
Milli.Az Trend-ə istinadən bildirir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 10 milyard 965,2 milyon dollar, o cümlədən ixracın dəyəri 6 milyard 415,8 milyon dollar, idxalın dəyəri 4 milyard 549,4 milyon dollar təşkil edib, nəticədə 1 milyard 866,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə bu ilin 4 ayında xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 17,7 faiz, o cümlədən idxal 50,3 faiz, ixrac 1,9 faiz artıb. Real ifadədə isə dövriyyə 7,3 faiz, o cümlədən idxal 19,5 faiz, ixrac 1,4 faiz artıb.
İxracın 29,8 faizini İtaliyaya, 10,7 faizini Türkiyəyə, 7,8 faizini Çinə, 6,3 faizini İsrailə, 5,3 faizini Almaniyaya, 5,1 faizini İspaniyaya, 4,7 faizini Hindistana, 3,6 faizini Fransaya, 3,3 faizini Çexiyaya, 3,1 faizini Gürcüstana, 3,0 faizini Portuqaliyaya, 2,5 faizini Rusiyaya, 14,8 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,2 faizi İsveçrə, 14,5 faizi Rusiya, 9,7 faizi Türkiyə, 8,3 faizi Çin, 5,3 faizi İran, 4,6 faizi Almaniya, 4,2 faizi ABŞ, 3,1 faizi Ukrayna, hər biri 2,8 faiz olmaqla İtaliya və Kanada, 2,7 faizi Avstraliya, 2,3 faizi Qazaxıstan, 23,5 faizi isə digər ölkələrlə aparılmış idxal əməliyyatlarının payına düşüb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bərdədə zəncirvari qəza - dörd nəfər xəsarət alıb - (Foto)
-
Qurban Qurbanov azyaşlı azarkeşini belə sevindirdi - (Video)
-
ABŞ-də 16 ildən sonra bir gündə 3 edam
-
Kıvanç Tatlıtuğ sosial şəbəkə hesablarını bağladı
-
UEFA Mahir Emrelinin klubunu böyük məbləğdə cərimələdi
-
Vətən müharibəsi iştirakçısına Naxçıvanda yüksək vəzifə verildi
-
Marsda gözlənilməz kəşf - FOTO
-
Ağ Ev üçün 927 milyonluq plan hazırlanır
-
Sabah 29 min abonent qazsız qalacaq
-
Tanınmış xanəndə efirdə göz yaşlarını saxlaya bilmədi - (Video)
-
İngiltərə çempionu "Lester Siti" satışa çıxarıldı
-
Moldova Ruslan Əsgərovu təhvil verdi
-
Xalq artistinin dəbdəbəli bağ evi diqqət çəkdi - (Video)
-
"Beşiktaş"a transfer olunan Vlahoviç özü ilə 2 yeşik pomidor gətirib - (Video)
-
İtaliyada 8 milyonluq yaxta batdı - 4 gündür alınmışdı - (Fotolar)
-
FHN: Suda boğulmaların əsas səbəbləri bunlardır
-
"Toxumçuluq haqqında" qanun təsdiqləndi
-
Yeni və tam təmirli mənzil almaq istəyənlərin nəzərinə
-
Amaliya Pənahovanın qılıncı satışa çıxarıldı - (Foto)
-
"Dinamo Kiyev" əfsanəsi: "Qarabağ" fırtına qoparan həmin komanda deyil"
-
Fabyen Bartezin yeni iş yeri bəlli oldu
-
“Yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq”
-
Qarayara xəstəliyi ilə bağlı vəziyyət nəzarətə götürüldü - 3 qurum birgə məlumat yaydı
-
Hava pisləşəcək: Güclü leysan, çaylardan sel keçəcək





