Rumıniyanın Konstansa Limanı Bakı Limanı ilə birgə layihələr üçün açıqdır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rumıniyanın Konstansa Limanı Dünya Limanlar Birliyi ilə birgə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə səmərəli və məhsuldar əməkdaşlığı inkişaf etdirməyə hazırdır.
Milli.Az bildirir ki, bu barədə Trend-ə Konstansa Limanının nümayəndəsi deyib.
Onun sözlərinə görə, Rumıniya limanı bilik və təcrübə mübadiləsi, yeni yanaşmaların müəyyən edilməsi və yük daşımaların həcminin artırılması məqsədilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə layihələrin təşəbbüsü üçün açıqdır:
"Biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə əməkdaşlıqla bağlı yeni yanaşmaların müəyyən olunması üçün səy göstərəcəyik. Əminik ki, gələcəkdə əməkdaşlıq üçün yeni istiqamətlər və sahələr tapılacaq".
O xatırladıb ki, 2017-ci il oktyabrın 5-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Konstansa Dəniz Limanının rəhbərliyi arasında anlaşma memorandumu imzalanıb. Həmin sənəd vacib hadisə - Konstansa Limanında keçirilmiş "İpək yolu" sammiti ilə əlaqədar imzalanmışdı.
O vurğulayıb ki, Konstansa Limanı tərəfindən həm Rumıniyada, həm də digər ölkələrdə təşkil olunan tədbirlər zamanı müxtəlif sahələrdən olan şirkətlər Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nümayəndələri ilə görüşmək və limanın Xəzər regionunda vacib logistika qovşağı qismində edə biləcəyi təkliflərlə tanış olmaq imkanına malik olublar:
"Konstansa Limanı öz tərəfdaşlarını Xəzər regionunda ən iri və inkişaf etmiş liman qismində Bakı Bakı Beynəlxalq Dəniz Ticarət Limanının potensialı ilə tanış edib. Bu liman həmçinin Qara dəniz - Xəzər dənizi dəhlizində vacib rol oynayır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
-
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
-
"Elə sevinirəm ki, məktəbə gedəcəm" - Şəhid övladı - (Video)
-
“Çelsi” 80 milyona müdafiəçi alır
-
Astaranın üç kəndində qaz kəsildi
-
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - (Video)
-
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
-
Sabirabadda uşaq ölü doğulub
-
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
-
İradə İbrahimova: "Silinməyən yara izləri ilə imtahana çəkir" - (Fotolar)
-
Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etmə necə müəyyən olunur?
-
"Maraz Ali" illər sonra ekranlara geri qayıdır
-
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı şəhid övladını ilk dərsə apardı - (Foto)
-
Koutinyo Neymarla komanda yoldaşı oldu
-
Nazir sinfə girdi, birincilərin reaksiyası diqqət çəkdi - (Video)
-
Hərbi çağırışdan boyun qaçıran 2 nəfər barədə cinayət işi başlandı
-
Çağla Boz barəsində qərar verildi





