Ekspert manatın taleyindən danışdı: “Dollara tələb kəskin artıb”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlər manatın yenidən ucuzlaşacağı ilə bağlı qeyri-dəqiq informasiyalar yayılıb.
Heç bir fakta əsaslanmayan bu məlumatlar insanlara arasında çaşqınlıq yaradıb. Mərkəzi Bankın sədri Elman Rüstəmov ötən gün keçirdiyi mətbuat konfransında məsələyə münasibət bildirib. Baş bankir nəzərə çatdırıb ki, manatın dəyərdən düşməsi üçün heç bir fundamental amil mövcud deyil.
Milli.Az xəbər verir ki iqtisadçı-ekspert Vüqar Bayramov azvision.az-a bildirib ki, cari ilin 3 ayının nəticələri dollara təlabatın kəskin artdığını göstərir. Ekspert bildirib ki, bu, özünü Dövlət Neft Fondu tərəfindən təşkil edilən hərraclarda da göstərməkdədir.
"Apardığımız monitorinqlər, həm də son 3 ayın hərraclarla bağlı yekunları göstərir ki, dollara tələb artır və artmaqdadır. Yanvar ayında 299 milyon dollar satılmışdısa, fevral ayında isə 364 milyon dollar satılıb və 1,7 faiz artım müşahidə edilib. Mart ayında bu rəqəm 647 milyon dollara çatıb. Bu, fevral ayı ilə müqayisədə 77,7 faiz artım deməkdir. Dollara tələbin artması bir tərəfdən büdcə xərcləmələrinin çoxalması, digər tərəfdən idxalın artması ilə xarici valyutaya tələbin güclənməsi ilə bağlıdır. Eyni zamanda rubl psixoloji həddi keçib, 60 dollardan aşağı düşüb, Türkiyədə lirə psixoloji həddən aşağıdır. Bir dollar 4 lirədən aşağı düşüb. Azərbaycanın Rusiya və Türkiyə bazarları ilə əlaqələsini nəzərə alsaq, bunun dolayısı yolla manata psixoloji təsiri olur".
V.Bayramov qeyd edib ki, dollara tələbin artması fonunda məzənnənin necə dəyişməsi Mərkəzi Bankın mövqeyindən asılı olacaq. "Etiraf etmək lazımdır ki, Mərkəzi Bank milli valyutanın məzənnəsinin formalaşdırılmasında yenə də aparıcı mövqeyini qoruyub saxlayıb. Ötən ilin fevral ayından etibarən manatın stabilliyi fonunda Mərkəzi Bank tərəfindən məzənnə siyasətinin çevikləşməsinin həyata keçirilməsinə ehtiyac var. Əvvəlki dövrlərdə 0.78 məzənnəsi nə qədər məqsəduyğun deyildisə, son bir ildə məzənnənin 1.70 qalması o qədər doğru deyil. Ən azı Rusiyada olduğu kimi bir intervalın müəyyənləşdirilməsinə ehtiyac var. Çox təəssüf ki, Mərkəzi Bank yenə də stabil məzənnəyə üstünlük verdi və bu konteksdə manatın qəpiklə belə dəyər itirməsi dollara tələbi artırır. Dollara tələbin artması iyun-avqust, noyabr-dekabr aylarında müşahidə olunacaq. Bura Dövlət Neft Fondunun hərraclara dollar çıxarması birbaşa təsir göstərir. "Üzən məzənnə" rejimi tətbiq olunsaydı, o zaman manatın dollara nisbətən dəyər itirməsi müəyyən intervalda baş verəcəkdi".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Rəqsanənin qızı Yağmur: "Ən ağır həqiqətdir ki, həyatda özündən başqa heç kimin yoxdur" - (Foto)
-
Uşaqlar yolu idman zalına çevirdi, valideynləri polisə çağırıldı - (Video)
-
Bloqer Pərvin vəfat edən əri ilə fotosunu paylaşıb bunları yazdı
-
Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - (Video)
-
Bu binanın sakinləri təhlükə içində yaşayır: Sürüşmə riski artır
-
Bakıda kişi öldürüldü, arvadı saxlanıldı
-
Haluk Leventdən milyardlıq köçürmə iddialarına sərt reaksiya - (Foto)
-
Sabah 38 dərəcə isti olacaq
-
Qurban Qurbanovdan yeni transfer elanı
-
Ukraynada xüsusi əməliyyat: Məmurların evində axtarış başladı - (Foto)
-
Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər
-
Xersonda avtobus dronla vuruldu: 4 ölü, 5 yaralı var - (Foto)
-
Ofeliya Şabanovanın qardaşının məzarı önündə görüntüsü kövrəltdi – (Video)
-
Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama
-
Xameneinin qohumu həbs olundu
-
İran onları “persona non qrata” elan etdi
-
Meşədən meyvə və göbələk toplamaq qadağandır?
-
DİM-dən abituriyentlərə xəbərdarlıq
-
Azərbaycanlı hüquqşünas ABŞ-də hüquq elmləri doktoru dərəcəsi aldı
-
Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn ediləcək - (Foto)
-
Xəzər sahillərində 1500 illik qızıl ayaqqabılar tapıldı - (Foto)
-
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib (Foto)
-
Dünyanı rekord istilər gözləyir - 150 ilin ən güclü istisinə az qalıb
-
Zümrüddən vəfat edən atası ilə bağlı paylaşım: "Çox şey yarımçıq qalıb" - (Foto)





