Nazirliyin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, "Azərpoçt" MMC-nin göstərdiyi universal poçt xidmətlərinin (UPX) əvvəlki tarifləri Tarif (qiymət) Şurası tərəfindən 2002-ci ilin oktyabr ayında təsdiq edilib. Son illərdə UPX üzrə mövcud tariflərin maya dəyərindən xeyli aşağı olması ilə bağlı yaranmış uyğunsuzluqlar bu xidmətlərin "Azərpoçt" MMC-yə zərərlə başa gəlməsinə və nəticədə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin təşkilində ciddi maneələrin meydana çıxmasına səbəb olub. Uyğunsuzluqların aradan qaldırılması və eyni zamanda bu sahədə ÜPİ-nin mövcud tələb və tövsiyələrinin yerinə yetirilməsi məqsədilə "Azərpoçt" tərəfindən UPX üçün yeni tarif paketi hazırlanaraq ötən ilin əvvəlində Tarif (qiymət) Şurasına təqdim olunub, Tarif Şurasının yanvarın 31-də qərarı ilə universal poçt xidmətlərinin yeni tarifləri təsdiq edilib.
Yeni tariflərin əvvəlki ilə müqayisədə fərqi texniki, qruplaşdırma və struktur xarakterli dəyişikliklərin aparılmasındadır. Belə ki, ayrı-ayrı xidmətlər üzrə tariflərin strukturu bu sahədə ÜPİ-nin yeni tələb və tövsiyələrinə uyğunlaşdırılıb. Məsələn, bütün növ məktub korrespondensiyası üzrə yeni (50 qr) çəki kateqoriyası daxil edilib, daxili göndərişlər üçün qiymət intervalı azaldılıb, beynəlxalq aviaməktub korrespondensiyası üçün əlavə aviadaşıma haqqı ləğv edilərək, ayrıca aviatariflər tətbiq edilib, beynəlxalq bağlamalarda ölkələr üzrə qruplar ləğv edilərək hər bir ölkə üçün ayrı-ayrılıqda tarif müəyyən olunub. Aparılmış dəyişikliklər nəticəsində yeni tariflərdə əvvəlki ilə müqayisədə bir sıra xidmətlər üzrə bəzi çəkilərdə artımlar olub, bəzi hallarda əvvəlki tariflərə uyğun, bəzi hallarda isə aşağı tariflər qeydə alınıb. Yeni tariflər həmçinin region üzrə mövcud olan orta tariflərə uyğunlaşdırılıb.
Nazirlikdən bildirilib ki, UPX üzrə tarif tənzimlənməsini zəruri edən əsas səbəblərdən biri də beynəlxalq poçtun daşınma və təyinat ölkələrində çatdırma xərclərinin mütəmadi olaraq dəyişməsi ilə bağlıdır. Belə ki, son illərdə daşıma və çatdırma xərclərində ümumilikdə artım tendensiyası müşahidə olunsa da, zərurətlə bağlı daşınma istiqamətlərinin dəyişdirilməsi bu xərclərin də azalıb-artmasına səbəb olur. Digər tərəfdən ayrı-ayrı təyinat ölkələrinin daxilində çatdırma xərcləri dəyişdiyindən, ÜPİ tərəfindən ildə 2 dəfə müvafiq tariflərə baxılaraq, artım və ya azalma istiqamətində tənzimlənir. Məhz bu və digər səbəblərdən beynəlxalq poçt xidmətlərində çevik tarif siyasətinin aparılması vacib əhəmiyyət kəsb edir. UPX üzrə yeni tariflərin tətbiqi həm də xidmətlərin keyfiyyətinə müsbət təsir göstərəcək.
Yeni poçt tarifləri:
I. Daxili poçt göndərişləri üzrə
Poçt kartları
1. Sadə poçt kartı 0,20
2. Sifarişli poçt kartı 0,50
Məktublar
1. Sadə məktub (çəki üzrə)
1.1. 20 qramadək 0,20
1.2. 20 qramdan 50 qramadək 0,30
1.3. 50 qramdan 100 qramadək 0,50
1.4. 100 qramdan 250 qramadək 0,80
1.5. 250 qramdan 500 qramadək 1,10
1.6. 500 qramdan 1000 qramadək 1,40
1.7. 1000 qramdan 2000 qramadək 1,80
2. Sifarişli məktub
2.1. çəkiyə görə haqq sadə məktublarda olduğu kimi alınır
2.2. hər bir məktubun sifarişli göndərilməsi 0,30
Banderollar
1. Sadə banderol (çəki üzrə)
1.1. 20 qramadək 0,20
1.2. 20 qramdan 50 qramadək 0,30
1.3. 50 qramdan 100 qramadək 0,50
1.4. 100 qramdan 250 qramadək 0,80
1.5. 250 qramdan 500 qramadək 1,10
1.6. 500 qramdan 1000 qramadək 1,40
1.7. 1000 qramdan 2000 qramadək 1,80
2. Sifarişli banderol
2.1. çəkiyə görə haqq sadə banderollarda olduğu kimi alınır
2.2. hər bir banderolun sifarişli göndərilməsi 0,30
Bağlamalar
1. Adi bağlama
1.1. çəkidən asılı olmayaraq hər bir bağlama üçün 1,80
1.2. hər tam və natamam 1 kq üçün yerüstü nəqliyyatla 0,40
1.3. hər tam və natamam 1 kq üçün avia nəqliyyatla 0,60
II. Beynəlxalq poçt göndərişləri üzrə (yerüstü nəqliyyatla, avia nəqliyyatla) 1-ci və 2-ci zonalar
Poçt kartları
1. Sadə poçt kartı 0,40 0,50-0,50 0,60
2. Sifarişli poçt kartı 2,00 2,10-2,10 2,20
Məktublar
1. Sadə məktub (çəki üzrə)
1.1. 20 qramadək 0,50 0,60 - 0,60 0,70
1.2. 20 qramdan 50 qramadək 0,80 0,90 - 1,00 1,10
1.3. 50 qramdan 100 qramadək 1,20 1,50 - 1,60 1,90
1.4. 100 qramdan 250 qramadək 2,40 3,20 - 3,30 4,10
1.5. 250 qramdan 500 qramadək 4,60 6,20 - 6,30 8,00
1.6. 500 qramdan 1000 qramadək 8,30 11,80 - 11,70 15,20
1.7. 1000 qramdan 2000 qramadək 14,50 21,60 - 20,20 27,80
2. Sifarişli məktub
2.1. çəkiyə görə haqq sadə məktublarda olduğu kimi alınır
2.2. hər bir məktubun sifarişli göndərilməsi 1,60 1,60 - 1,60 1,60
Banderollar
1. Sadə banderol (çəki üzrə)
1.1. 20 qramadək 0,40 0,50 - 0,50 0,60
1.2. 20 qramdan 50 qramadək 0,60 0,70 - 0,80 0,90
1.3. 50 qramdan 100 qramadək 1,00 1,20 - 1,30 1,50
1.4. 100 qramdan 250 qramadək 1,90 2,60 - 2,70 3,40
1.5. 250 qramdan 500 qramadək 3,70 5,10 - 5,20 6,70
1.6. 500 qramdan 1000 qramadək 6,60 9,60 - 9,50 12,60
1.7. 1000 qramdan 2000 qramadək 11,70 17,80 - 16,30 22,70
2. Sifarişli banderol
2.1. çəkiyə görə haqq sadə banderollarda olduğu kimi alınır
2.2. hər bir banderolun sifarişli göndərilməsi 1,60 1,60 - 1,60 1,60
3. Sekoqram (aviadaşınma, çəki üzrə)
3.1. 20 qramadək 0,10 - 0,10
3.2. 20 qramdan 50 qramadək 0,20 - 0,20
3.3. 50 qramdan 100 qramadək 0,30 - 0,40
3.4. 100 qramdan 250 qramadək 0,60 - 0,90
3.5. 250 qramdan 500 qramadək 1,30 - 1,80
3.6. 500 qramdan 1000 qramadək 2,50 - 3,50
3.7. 1000 qramdan 2000 qramadək 4,60 - 6,70
3.8. sonrakı hər tam və natamam 1 kq üçün 2,50 - 3,50
Kiçik paketlər
1. Sadə kiçik paket (çəki üzrə)
1.1. 100 qramadək 1,10 1,40 - 1,50 1,80
1.2. 100 qramdan 250 qramadək 2,20 2,90 - 3,00 3,80
1.3. 250 qramdan 500 qramadək 4,20 5,70 - 5,80 7,40
1.4. 500 qramdan 1000 qramadək 7,60 10,80 - 10,70 14,00
1.5. 1000 qramdan 2000 qramadək 13,20 19,80 - 18,40 25,50
2. Sifarişli kiçik paket
2.1. çəkiyə görə haqq sadə kiçik paketlərdə olduğu kimi alınır
2.2. hər bir kiçik paketin sifarişli göndərilməsi 1,60 1,60 - 1,60 1,60
Qeyd: 1-ci zonaya aid edilən ölkələr - MDB və Baltikyanı ölkələri, Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası, Pakistan İslam Respublikası. 2-ci zonaya aid edilən ölkələr - digər ölkələr.
Milli.Az
İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Poçt xidmətinin yeni qiymətləri açıqlandı – SİYAHI
3 Fevral 2011 12:00
Baxış: 60 713

DİGƏR XƏBƏRLƏR
-
Qızıl və gümüş ucuzlaşıb
-
Rubl ucuzlaşdı, avro bahalaşdı - dolların qiyməti isə... - RƏSMİ
-
Azərbaycanda maaşların verilməsi ilə bağlı YENİLİK
-
Dolların taxtı silkələnir: "yaşıl hegemonluğun" son dövrü başlayıb?
-
Ziraat Bank Azərbaycan ekoloji təşəbbüsə dəstək verdi - FOTO
-
Lahmacunu 98 manata satırlar - VİDEO - FOTO
XƏBƏR LENTİ
-
Sabiq müşavirin oğlu vəfat etdi - FOTO
-
Avropa zülmətə qərq oldu - "Simpsonlar"ın “28 fevral” proqnozu gerçəkləşdi? - FOTOlar
-
Qızıl və gümüş ucuzlaşıb
-
Mourinyo "Fənərbağça"dan GEDİR: bu yığmanı çalışdırcaq - İddia
-
Rubl ucuzlaşdı, avro bahalaşdı - dolların qiyməti isə... - RƏSMİ
-
"Kaş, hörmətli, şəxsiyyətli kişinin arvadı olardım"
-
Tabutda canlanan insanlar: Ölümün sərhədindəki hadisələr
-
Qumral: Mən Aysundan öndəyəm
-
Bu kəndin suyundan içən həkim olur - "Hər evdə ən az biri var"
-
Aparıcılar qohum imiş
-
Ərdoğan: İstanbul səhlənkarlığa və laqeydliyə dözə bilməz
-
Yumurtaları qaynatmazdan əvvəl yumaq lazımdır?
-
Azərbaycanın əməkdar memarı vəfat etdi
-
Valideynlərin bu ifadələri uşaqları daha çox incidir
-
Bu meyvə şirəsində zərərli maddə tapıldı - Marketlərdən yığışdırılır
-
Bu bürclərin aprelin sonuna qədər istədikləri olacaq
-
Çia toxumlarındakı ölümcül təhlükə - XƏBƏRDARLIQ
-
Pınarla Kaan oğulları ilə - FOTO
-
14 gün şəkər yeməsəz, bədəninizdə nə baş verir?
-
Soğanı bu formada saxlasanız, gec xarab olacaq
-
"O evdən qurtulmaq üçün ərə getdim"
-
Eldar Əzizovun cavabı Pezeşkianı təəccübləndirdi - VİDEO
-
Bakıda ofisant xanıma görə dava düşdü - Qısqanclığa görə...
-
"Barselona" - "İnter" oyunu təxirə salınır - Fövqəladə vəziyyət