2014-2015-ci illər üçün hərəkət cədvəlinə keçidlə bağlı, 1 iyun 2014-cü ildən etibarən "Azərbaycan Dəmir Yolları" QSC-nin respublikadan kənara hərəkət edən sərnişin qatarlarının hərəkət cədvəlində bəzi dəyişikliklər ediləcəkdir.
Trend "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinə istinadən məlumat verir ki, 55/56 və 95/96 saylı Bakı-Moskva sürət qatarlarının yola düşmə, çatma vaxtları və Bakıdan yola düşmə günləri dəyişdirilir. 55/56 saylı Bakı-Moskva-Bakı sürət qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nə məxsus heyətlə Bakıdan həftənin IV günləri və 95/96 saylı Moskva-Bakı-Moskva sürət qatarı "Rusiya Dəmir Yolları" ASC-yə məxsus heyətlə Bakıdan həftənin II və VI günləri saat 0.30-da yola düşəcəklər.
Qatar Moskvaya saat 4.15-də çatacaq və saat 20.20-də Moskvadan yola düşəcək. 55/56 №-li Bakı-Moskva-Bakı sürət qatarı Bakıya çatma vaxtı həftənin II günləri saat 6.00-da, 95/96 saylı Bakı-Moskva sürət qatarı isə qatar həftənin I və V günlərin saat 6.00-da çatacaq.
369/370 saylı Bakı-Xarkov sərnişin qatarı ("ADY" QSC) qatarı ayın tarixləri ilə saat 21.50-də Bakıdan yola düşəcək, Bakıya isə saat 3.50-də çatacaqdır. Hər iki istiqamətdə müvəqqəti olaraq 369/370 Bakı-Xarkov-Bakı sərnişin qatarının marşrutu dəyişdirilmişdir.
Bununla əlaqədar olaraq, ləğv olunanadək Qorlovka, Konstantinovka, Kramatorsk, Slavyanskiy Kurort, Krasnıy Liman, Bukino stansiyalarına bilet satışı dayandırılır. Bilet satışı İlovaysk stansiyasından sonra yalnız Xarkov-sərnişin stansiyasına aparılacaq.
373/374 saylı Bakı-Tümen sərnişin qatarının ("Rusiya Dəmir Yolları" ASC) hərəkəti günaşırı öz hərəkət cədvəli və sxemi üzrə saxlanılır.
Qatarın tərkibində qoşma Çelyabinsk-Bakı, Ufa-Bakı, Samara-Bakı, Saratov-Bakı vaqonlar yeni qrafiklə hərəkət edəcəklər. Novosibirsk-Bakı birbaşa vaqonu il boyu, günaşırı təyin olunur. Yay mövsümündə yeni Orenburq-Bakı birbaşa vaqonu təyin olunur. 373/374 saylı Bakı-Tümen qatarının marşrutunda dəyişiklik ediləcəkdir. Bununla əlaqədar olaraq Volsk, Balakovo, Puqaçovsk stansiyalarına bilet satışını bağlanacaq və əvəzində Kulatka, Vozrojdeniye, Sızran-şəhər stansiyalarına bilet satışını təşkil ediləcək.
391/392 saylı Bakı-Rostov sərnişin qatarı ("Rusiya Dəmir Yolları" ASC) ayın tarixləri ilə saat 21.50-də Bakıdan yola düşəcək, saat 3.50-də Bakıya çatacaqdır.
38/37 saylı Bakı-Tbilisi sərnişin qatarı ("ADY" QSC) öz hərəkət cədvəli və sxemi üzrə hərəkət edəcək.
Yerli qatarlar:
98/97 №-li Bakı-Ağstafa-Qazax qatarı saat 22.45-də (22.05 əvəzinə) Bakıdan yola düşəcək və saat 10.25-də (9.40 əvəzinə) Qazaxa çatacaq. Qatar saat 18.35-də (19.05 əvəzinə) Qazaxdan yola düşəcək və saat 7.10-da (7.25 əvəzinə) Bakıya çatacaq.
Milli.Az
İqtisadiyyat
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Azərbaycanda sərnişin qatarlarının hərəkət cədvəlində dəyişikliklər ediləcək
26 May 2014 09:09
0 Şərh
Baxış: 1 420

DİGƏR XƏBƏRLƏR
-
İki valyuta bahalaşdı, dollar isə...
-
AYNA-nın yeraltı avtomobil dayanacaqlarının mühafizəsi 11 faiz bahalaşdı
-
"Azərpoçt" 277 minə maşınlar alır
-
Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR: Proses BAŞLAYIR
-
Azərbaycanda bu ekspertlərə yüksək məbləğdə pul veriləcək - SİYAHI
-
Baş nazir qərar imzaladı - Xarici dövlətlərin yük avtomobilləri...
XƏBƏR LENTİ
-
Toyundan 3 gün sonra qızılları götürüb qaçan Hüseyn tapıldı - Qumarda 80 min manat uduzubmuş
-
“Əkinçi – 150 il: Tariximizin sözüdür” və “Qərbi Azərbaycan tarixini xalçalar danışacaq” mövzusunda tədbir keçirilib - FOTO
-
İyulda bu 5 BÜRC keçmiş eşqlə yenidən qarşılaşacaq – Qayıtmağa dəyərmi?
-
Bu ərazilərdə işıq olmayacaq
-
Tramp Prezident İlham Əliyevin çıxışını paylaşdı - VİDEO
-
Bülbül Vokal Məktəbi tələbə qəbulu elan edir
-
İki valyuta bahalaşdı, dollar isə...
-
Ayşənin son videosu üzə çıxdı - “Bir gün ölsəm, bu videonu..." - VİDEO
-
Prezident media nümayəndələrini milli mətbuatın 150 illiyi münasibətilə təbrik etdi - FOTO
-
Tramp məzuniyyətini bu ölkədə keçirəcək
-
Geoloqlar gözlənilmədən qəribə mavi hovuz tapdı: Onun özəlliyi nədədir?
-
Qarpızı kəsmədən əvvəl mütləq bunu edin – Zəhərlənə bilərsiniz
-
2025 üçün qorxulu ssenari - Yadplanetlilər, süni intellekt , III Dünya Müharibəsi...
-
Bağırsaq üçün ən yaxşı meyvə açıqlandı - Diabet riskini də azaldır
-
58 yaşında 4-cü dəfə evlənir - FOTO
-
Bakıda kişi ona ev verən qocanı ÖLDÜRDÜ - Cinayətin DETALLARI
-
Xına gecəsində damğa vuran hadisə! Bəy nə baş verdiyini anlamadı - VİDEO
-
Son anda Türkiyəyə gəlməkdən imtina etdi - təyyarəyə minmədi - Nə baş verir? - FOTO
-
Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
-
Günün qoroskopu: Hisslər və məntiq arasında gərginlik mövcuddur
-
Rusiyada ard-arda güclü zəlzələlər oldu
-
Rusiya-Ukrayna danışıqları bu tarixdə baş tutacaq
-
Usikin qələbəsinə yoldaşından duyğusal mesaj: “Çempionum, qəhrəmanım!”
-
AZAL-ın təyyarəsini vuranın - FOTOsu