İqtisadiyyat

Azərbaycanda tikinti işləri bahalaşıb

2 Avqust 2013 19:08
Baxış: 530
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2013-cü ilin II rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,2 faiz bahalaşıb.

Milli.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, rüb ərzində yerüstü tikililər bölməsində 0,3 faiz bahalaşma, yol və körpü tikintisində isə 0,3 faiz ucuzlaşma müşahidə edilib.

Cari ilin II rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4 faiz, sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,2 faiz bahalaşıb, istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər isə 0,5 faiz ucuzlaşıb.

Rüb ərzində yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin və 6 və ya çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4 faiz, sosial təyinatlı binalardan inzibati binaların inşası və ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlər 0,2 faiz bahalaşıb, istehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlər isə 0,5 faiz ucuzlaşıb.

Yol tikintisi üzrə qiymətlər 0,3 faiz, körpü tikintisi üzrə qiymətlər 0,4 faiz ucuzlaşıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.