İqtisadiyyat

"Qoşadaş" strukturunda 2 saylı axtarış quyusunun qazılmasına başlanıldı

2 Avqust 2013 15:35
Baxış: 631
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ARDNŞ-nin "Sahil" Qazma İşləri İdarəsi "Qoşadaş" strukturunda 2 saylı axtarış quyusunun qazılmasına başlayıb

Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, "Xəzər-6" özüqalxan üzən qazma qurğusu vasitəsilə Mezozoy çöküntülərinə qazılan quyunun layihə dərinliyi 3500 metrdir. Axtarış quyusunun qazılmasında əsas məqsəd tədqiqat rayonunda mezozoy çöküntülərinin neft-qazlılıq perspektivliliyini qiymətləndirməkdir.

Qeyd edək ki, "Qoşadaş" strukturu Abşeron arxipelaqının şimal-qərb hissəsində, sahildən 15 km, Bakı şəhərindən 35-40 km məsafədə yerləşir. Burada dənizin dərinliyi 10-50 metr arasında dəyişir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.