İqtisadiyyat

Payızda Bakıda Azərbaycan-ABŞ biznes forumu keçiriləcək

2 Avqust 2013 12:46
Baxış: 446
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Payızda Bakıda Azərbaycan-ABŞ biznes forumunun keçirilməsi gözlənilir

Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov deyib.

Onun sözlərinə görə, ABŞ-da biznesin təşviqilə məşğul olan bir çox şirkətlər mövcuddur: "Onlardan birilə əməkdaşlıq edirik, bunun sayəsində biznes forum Bakıda baş tutacaq".

Forum fəaliyyətin müxtəlif istiqamətlərini əhatə edəcək. Bura kənd təsərrüfatı, qida sənayesi, bərpa olunan enerji, turizm və s. daxildir.

Fond rəhbəri qeyd edib ki, biznes forum ümumilikdə iqtisadiyyatın təqribən 12 sahəsini əhatə edəcək: " Həmin sektorlarda birgə əməkdaşlıq planlaşdırılır".

R. Məmmədov deyib: "Biz həmçinin, əməkdaşlığı ixracat baxımından nəzərdən keçiririk. Xüsusilə neft məhsullarını. Bu məqsədlə ABŞ şirkətlərini Azərbaycana dəvət edirik".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.