AZCON Holding şirkətlərindən olan ASCO-nun "Qafur Məmmədov" quru yük gəmisi İstanbulda yerləşən Torlak tərsanəsində həyata keçirilən əsaslı təmirdən sonra çıxdığı ilk səfərini uğurla başa vurub.
Milli.Az xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
Bildirilib ki, gəmi Gürcüstanın Poti limanından Moldovanın Curculeşti limanına ammonium nitrat yükü çatdırıb. Yük tam şəkildə artıq gəmidən boşaldılıb.
Hazırda "Qafur Məmmədov" gəmisi növbəti səfər üçün yükləməni gözləyir.
Yükgötürmə qabiliyyəti 5500 ton, uzunluğu 108, eni 16,5 metr olan gəmi 2017-ci ildən Xəzərdənkənar sularda istismar olunur.
Ayxan
Milli.Az





