Azərbaycanın dövlət borcu açıqlanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
1 yanvar 2026-cı il tarixinə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 25 milyard 987.5 milyon manat və ya 2025-ci il üzrə 129 milyard 94 milyon manat məbləğində ümumi daxili məhsulun (ÜDM) 20.1 faizini təşkil edir.
Milli.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 1 yanvar 2026-cı il tarixinə beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, habelə əməkdaşlıq etdiyimiz müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş hissə üzrə yerinə yetirilmiş öhdəliklər nəzərə alınmaqla xarici dövlət borcu 4 milyard 813.5 milyon ABŞ dolları və ya ÜDM-in 6.3 faizini təşkil edir.
Daxili dövlət borcunun səviyyəsi isə 2026-cı il 1 yanvar tarixinə 17 milyard 804.5 milyon manat və ya ÜDM-in 13.8 faizi səviyyəsində olub.
2025-ci ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2 milyard 399.6 milyon manat məbləğində xərclər nəzərdə tutulub. 2025-ci il ərzində dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 757 milyon manat (əsas borc üzrə 136.8 milyon manat, faiz borcu üzrə 620.2 milyon manat), xarici dövlət borcu üzrə 1 milyard 342.5 milyon manat olmaqla (əsas borc üzrə 959.7 milyon manat, faiz borcu üzrə 382.8 milyon manat), ümumilikdə 2 milyard 99.5 milyon manatın ödənilməsi təmin edilib. 2025-ci il üzrə dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərində ümumilikdə 300.1 milyon manat məbləğində qənaət formalaşdırılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dollarla bağlı vacib MƏLUMAT: Əvvəl ucuzlaşacaq...
-
Azərbaycandan Ermənistana 479 ton dizel göndərildi
-
Neft qiymətləri ÇÖKDÜ - Bazarlarda kəskin ucuzlaşma
-
Pul dəyişənlər üçün VACİB XƏBƏR
-
KOBİA-da Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
-
Azərbaycanda külək enerjisində TARİXİ REKORD
XƏBƏR LENTİ
-
"Qızım bizi sevindirdi"
-
Dünyanın ən sağlam ədviyyatı seçildi - Zəncəfil deyil
-
"8 ildir nəvələrimə mən baxıram"
-
Azərbaycan cüdoçuları Avropa Kubokunda 9 medal qazanıblar
-
Elşad Xose xanımı ilə - FOTO
-
"Turan Tovuz" avrokuboka vəsiqəni təmin edib
-
Bugünkü qəzada ölənlər hərbçilər imiş - FOTO
-
"Çelsi"ni sabiq futbolçusu çalışdıra bilər
-
Almaniya Putinin bu tələbini rədd etdi
-
Daha bir ölkədə hantavirusa yoluxma qeydə alındı
-
Antarktida sürətlə əriyir
-
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilandan video paylaşıb - VİDEO
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən görüntülər paylaşıb - FOTO
-
Pakistanda terror aktı nəticəsində 14 polis həlak olub
-
Kilian Mbappe oyunda oynamayacaq
-
Türk Mədəniyyəti və İrsi Fondu Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib - FOTO
-
Türk Mədəniyyəti və İrsi Fondu Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib - FOTO
-
Ukraynanın əhalisi 25 milyona düşüb
-
Qətər sahillərində gəmi vuruldu
-
Yasamalda evdə YANĞIN
-
Putin Kremldən Paşinyana xəbərdarlıq etdi
-
Bakı sakinlərinə ŞAD XƏBƏR
-
Prezident İlham Əliyev: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik





