İqtisadiyyat

Əhaliyə ödənişlərlə bağlı ŞAD XƏBƏR - Bu tarixdən...

23 İyul 2025 13:50
Baxış: 1 227
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Oktyabr ayının sonunadək bütün banklar Az-QR standarta keçəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında deyib.

"Bütün bankların ani ödəniş sisteminin yeni versiyasına inteqrasiyası üzrə işlər aparılır. Ölkə daxilində 40 min manatadək bütün ödənişlərin məhz bu sistem vasitəsilə aparılmasını planlaşdırırıq", - o qeyd edib.

Sədr bildirib ki, bu, xərclərin, əməliyyatın maya dəyərinin azaldılması deməkdir:

"Bu, böyük bir layihədir. Digər məsələ, oktyabr ayının sonunadək bütün banklar Az-QR standarta keçəcək. Bütün ödəniş qəbul olunan məntəqələrdə sahibkarlara, istehlakçılara QR kodla ödəniş həyata keçirmək imkanı yaradılacaq. Bu, kiçik və mikro sahibkarlar üçün böyük bir üstünlükdür. Biz Dövlət Vergi Xidməti ilə də danışırıq ki, artıq bahalı POS terminalla yox, QR-la ödənişləri həyata keçirmək imkanı verilsin".

"Hazırda ən böyük layihələrdən biri də ictimai nəqliyyatda ödənişlərin bütün kartlar vasitəsilə, həmçinin, QR kod vasitəsilə də həyata keçirilməsi üzrədir.

Düşünürəm ki, bu layihələrin hər biri ilin sonunadək tamamlanacaq", - deyə sədr qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.