Dünya böyük risklə üz-üzə: Böhran olacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ Prezidenti Donald Tramp Çin məhsullarına əlavə 50% gömrük vergisi tətbiq etmək niyyətində olduğunu açıqlayıb. Bu qərar həyata keçirilsə bəzi Çin mallarının ABŞ-yə 104%-ə qədər vergi ilə daxil olması mümkün olacaq. Bu açıqlamadan sonra Çin hökuməti geri addım atmadan cavab verəcəyini bildirib və 10 aprel tarixindən etibarən ABŞ mallarına 34% əlavə vergi tətbiq edəcəyini elan edib.
Milli.Az BBC-yə istinadla xəbər verir ki, ABŞ-nin yeni gömrük vergiləri 9 apreldə qüvvəyə minir. Tramp bu addımı atmaqda məqsədinin ölkəsinin ticarət balansını qorumaq və daha ədalətli müqavilələr əldə etmək olduğunu bildirib. O, bəzi ölkələrin ABŞ ilə razılaşma masasına oturduğunu və bu razılaşmaların ədalətli olacağını qeyd edib.
Çin isə Trampın təhdidlərinə sərt reaksiya verərək bu siyasəti "həddindən artıq yanlış" adlandırıb. Çin Ticarət Nazirliyi əlavə gömrük vergilərinə "sonuna qədər mübarizə aparılacağını" bəyan edib. Çinin Vaşinqtondakı səfiri isə bu addımları "iqtisadi zorakılıq" kimi qiymətləndirib.
Trampın gömrük tarifləri açıqlamasından sonra qlobal maliyyə bazarlarında ciddi dalğalanma yaşanıb. ABŞ və Avropa birjalarında kəskin enişlər olub. Xüsusilə bank səhmlərindəki itkilər investorları daha çox narahat edib. HSBC və Standard Chartered kimi beynəlxalq bankların səhmləri 10%-dən çox dəyər itirib.
Eyni zamanda neft və mis kimi əmtəələrin qiyməti də 15%-dən çox enib. Bu məhsullar qlobal iqtisadi sağlamlığın göstəriciləri hesab olunur və qiymətlərdəki bu cür enişlər böhranın yaxınlaşdığına işarə kimi qəbul edilir.
Bu eniş bazarların gələcəkdə iqtisadi zəifləmə gözləntisinə işarə edir. Çünki əmtəə bazarındakı düşüşlər adətən dünya üzrə tələbin azalacağını göstərir. Bu isə iqtisadi yavaşlamanın əlamətlərindən biri sayılır.
Hazırda bir çox iqtisadçı və mütəxəssis bu prosesin resessiyaya yol aça biləcəyindən narahatdır. Hərçənd ki, resessiya hələ baş verməyib, amma risk əvvəlki dövrlərə nisbətən daha yüksək qiymətləndirilir.
Qeyd edək ki, iqtisadiyyatda ardıcıl iki rüb ərzində ümumi istehsal və ixracın azalmasına resessiya deyilir. Tarixdə çox az sayda qlobal resessiya baş verib. 1930-cu illərdə Böyük İqtisadi Böhran, 2008 maliyyə böhranı və Covid pandemiyası zamanı böyük iqtisadi enişlər yaşanmışdı. Bu hallar dünya iqtisadiyyatı üçün nadir və ağır təcrübələr olub. İndi isə dünya yeni bir risklə üz-üzədir: iqtisadi müharibə qlobal ticarəti yavaşlada, iqtisadi durğunluq yarada bilər.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
TDT Baş katibindən Azərbaycana təbrik
-
Ayın 19-da güclü külək olacaq - Proqnoz
-
Lökbatanda anbarda yanğın baş verib
-
Qara dənizdə yük gəmisi vuruldu
-
Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Salyanda ağır qəza - Xəsarət alanlar var
-
“Uzak şehir”də rol alacaq
-
"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı
-
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü
-
Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib - (Foto)
-
Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb
-
“Qəlbimizdə yaşayanlar”: III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalı çərçivəsində duyğulu konsert keçirilib - (Foto)
-
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir
-
Türkiyədən Moskvaya uçan üç təyyarə geri qayıtdı
-
Vanqadan qorxulu xəbərdarlıq: 2026-cı ilin sonunadək nələr olacaq?
-
Milli İncəsənət Muzeyində “Bal – XIX əsr” adlı tədbir baş tutub - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib - (Foto)
-
Wi-Fi siqnalını alüminium folqa ilə gücləndirmək mümkündür? - Araşdırma
-
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
-
Payız-qış mövsümündə dəbdə olacaq gödəkçələr
-
Psixoloq təkrarlanan pis yuxulardan qurtulmağın yollarını açıqladı
-
Kökəlmək istəyənlər oxusun
-
Üzünüzə gülən hər kəs dost deyil: Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
Evdə panik atak və stressə səbəb ola biləcək beş şey





