Kredit faizləri aşağı salınacaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib.
İclasda millət vəkilləri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı təbrik ediblər.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, iclasda "Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında" məsələnin müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qeyd edib ki, bu gün bank tərəfindən verilən kreditlər orta və kiçik sahibkarlara sərf etmir.
Deputat həmçinin valiyutadəyişmə məntəqələrinin sayının azlığını bildirib. Deputat Bəxtiyar Əliyev Azərbaycanın kəndlərində bankomatların sayının artırılmasını təklif edib.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev isə Azərbaycanda əhalinin banklara etimadı məsələsinə diqqət çəkib.
İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa isə deyib ki, müəllimlər yaşadığı yerlərdən uzaqda dərs deyir, şəhərdəki tıxacların bir səbəbi də budur.
Müzakirələrdən sonra parlament Mərkəzi Bankın İdarə Heyətinin yeni üzvlərini təsdiqləyib. Milli Məclis həmçinin hakimlərin seçilməsinin test imtahanı, yazılı imtahan və müsahibə olmaqla üç mərhələdən ibarət olmasını son oxunuşda təsdiqləyib. Bundan başqa, Qarabağ və Şərqi Zəngəzurdakı aqrar təyinatlı torpaqların icarəyə verilməsi, hərbi xidmətdən ehtiyata buraxılanların toplanışlara çağırılması müddəti ilə bağlı dəyişiklik və "Kredit büroları haqqında" qanuna dəyişiklik də son oxunuşda təsdiqlənib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Çox nahaq yerə özün üçün yaşayırsan” - Nadir Qafarzadə
-
Dünyanın ən çox qazanan 10 futbolçusu
-
Dueyn Conson 22 kilo arıqladı - (Foto)
-
Qışda nə bişirək? – Hər evdə olan ərzaqlarla 6 resept
-
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - "Bunu uşaqlığıma bağışlayın"
-
Sürücülərin bilməli olduğu 10 hiylə: Xərciniz azalacaq
-
Yaşayış binasına daha iki mərtəbə əlavə olunur - Sakinlər narahatdırlar - (Video)
-
Şimali Koreya iddialarla çalxanır: Kim Çen Inın bacısı hakimiyyətə gəlir?
-
Bakıda dərs saatları dəyişdirilə bilər? – Ekspert rəyi
-
Parisdə komendant saatı elan olundu
-
Paltaryuyana 2 ədəd atın - elektrik xərcləri 2 dəfə azalır
-
Günün qoroskopu: Həyatınızda ani və müsbət bir dəyişiklik gözlənilir
-
Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
-
Bu gün iki zəlzələ qeydə alınıb - Güclü təkanlar gözlənilir? - (Video)
-
Peruda sərnişin təyyarəsi havaya qalxarkən alovlandı - (Video)
-
Kim Çen Inın öldüyü xəbəri yayılıb
-
Toral oynadı, komandası qalib gəldi
-
Ronaldu cərimə ödəyəcək
-
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - (Foto)
-
Tək qolu ilə tikintiyə aid hər işi bacarır - (Video)
-
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - (Foto)
-
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - (Foto)
-
Çempionlar Liqasında asan oyun olmur” - Valdas Dambrauskas
-
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb - (Foto)





