Azərbaycanda bu şirkətlərə dövlət yardım edə bilər - Yeni qayda hazırlanır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın İqtisadiyyat və Maliyyə nazirlikləri Azərbaycan ixracatçıları və logistika şirkətlərinin yeni bazarlara çıxışını stimullaşdırmaq üçün pilot layihə hazırlayıb.
Milli.Az xəbər verir ki, bu barədə Trend-a eksklüziv olaraq hökumətdəki mənbə bildirib.
"İki nazirlik birgə Nazirlər Kabinetinə təklif təqdim edib. Təklifə əsasən, 5 il ərzində xarici bazarlara malların daşınması xərclərinin 75 faizə qədəri dövlət tərəfindən subsidiyalaşdırıla bilər. Bu dəyişiklik Azərbaycan istehsalı olan malların Körfəz ölkələri, Yaponiya, Cənubi Koreya, ABŞ kimi bazarlara çıxışını təmin edə bilər", - mənbə qeyd edib.
Onun fikrincə, qismən subsidiya mexanizmi vasitəsilə həm yerli ixracatçılar, həm də yerli logistika şirkətləri inkişaf edəcək. Bu təklif Azərbaycanın bütün nəqliyyat və logistika assosiasiyalarında müzakirə mərhələsindən keçib və böyük həvəslə qarşılanıb.
"Belə bir mexanizmin qəbulu həm də Azərbaycan məhsullarının ənənəvi bazarlara tədarükünü artıra bilər. Subsidiya yüksək nəqliyyat xərcləri və malların saxlanması (yüklənməsi) üçün xərclər olan logistika sahələrində istifadə oluna bilər", - mənbə qeyd edib.
Əgər bu təklif hökumət tərəfindən təsdiqlənsə, Azərbaycan ixracatçıları üçün logistikanın qismən subsidiyalaşdırılması mexanizmi artıq 2024-cü ildən tətbiq oluna bilər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ətir seçərkən bunlara diqqət edin
-
Vergi xidmətinin əməkdaşı vəfat etdi
-
Putin "sürpriz" hazırlayır - ABŞ ordusunun generalı
-
Paolu Maldininin oğlu qəzaya düşdü
-
“Yeraltı”nın yayım tarixi bəlli oldu
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
-
Mingəçevirdə binada yanğın - Zəhərlənənlər var - (Foto)
-
Almaniyada yanacaq bahalaşdı
-
Bakıda dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş - (Foto-Video)
-
Saç qaynağının gizli təhlükəsi
-
10 günə 100 min özbək Rusiyadan getdi
-
Dünyada ilk dəfə belə döyüş oldu - (Video)
-
Selin Dion 6 il sonra səhnəyə qayıtdı - (Video)
-
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
-
Elgiz əməkdar artistlə verilişdə "söz savaşı"na çıxdı" - (Video)
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Əməkdar artist görünüşündə dəyişiklik etdi - (Video)
-
Həmin gündən 4 il ötdü... - (Fotolar)
-
Bakıda taksi sürücüsünün qazancı müzakirə yaratdı - (Video)
-
Ofeliya Sənani xəsarət aldı: “Yerə çırpıldım..."
-
Soda İbrahimiyə edam cəzası verildi
-
“Çocuklar Duymasın”ın aktrisası tanınmaz halda - (Foto)
-
"Məhkəməyə onun qardaşı yox, Güllünün oğlu kimi gedəcəyəm"





