İqtisadiyyat

Kənd təsərrüfatı məhsulları UCUZLAŞACAQ

11 Oktyabr 2023 13:45
Baxış: 1 223
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan hökuməti hazırda qeyri-neft sektorunun inkişaf bazalarından biri kimi aqrar-sənaye sektoruna daha böyük üstünlük verir. Ümumiyyətlə dünya iqtisadiyyatında aqrar sektorun modernləşdirilməsi başlıca prinsiplərdəndir.

Ölkəmizdə aqrar texnoparkların (aqropark) yaradılması dövlətin əsas hədəflərindəndir. Aqroparkların yaradılması aqrar sahədə inkişafı sürətləndirir, ixrac edilən məhsulların istehsalını artırır. Aqroparklar dövlət tərəfindən vergi güzəştlərindən, subsidiyalardan, güzəştli kredit və lizinqdən yararlanırlar. Aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da əhəmiyyətli rol oynayır.

Ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından da böyük əhəmiyyətə malik aqroparkların yaradılması rayonların iqtisadi imkanlarını artırmaqla yanaşı, yeni iş yerlərinin yaranmasına da səbəb olur.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Badamov Trend-ə bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü iqtisadi siyasətin təməlində iqtisadiyyatın şaxələndiliməsi əsas prioritetdir.

"Belə ki, qeyri neft sektorun inkişafında yanaşmalar dəyişilmiş və daha effektiv sahələrin formalaşdırılması siyasətinə üstünlük verilmişdir. Bu effektiv fəaliyyət sahələrində Sənaye parkları, sənaye məhlələri və Aqroparklar da cəmləşir. Aqroparklar ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında və kənd təsərrüfatı məhsullarının qiymətlərinin aşağı düşməsində əsas rol oynayır. Bu istehsal sahələri özündə bir çox istehsal sahələrini cəmləşdirməklə kompleks tədbilərin həyata keçirilməsinə imkan verir", deyə o, əlavə edib.

Deputat qeyd edib ki, Azərbaycanda ümümiyyətlə 32 rayonda 240 min hektar ərazidə 51 aqroparkın yaradılması nəzərdə tutulub.

"Artıq 44 aqropark fəaliyyətə başlamış və bu istehsal zonaları bitkiçilik, heyvandarlıq və emal sənayesi sahələri özündə cəmləşdirir. Aqroparkların yaradılmasına xüsusi dövlət güzəştləri tətbiq olunur. Texnoloji avadanlıqlarının, yeni heyvan cinslərinin və bitki sortalrının idxalını vergilərdən azad olunmaqla, güzəştli kreditlər, subsidiyalar verilməklə və digər güzəştləri əhatə olunmaqla çox geniş şəkildə güzəştlər tətbiq olunaraq investorların stimullaşdırılması aparılır.

Aqroparkların yaradılması ölkədə işsizlik probleminin aradan qalxmasına da töhfə verir. Belə ki, bu gün aqroparklarda 5 minə yaxın daimi və 5 mindən çox mövsümü iş yerləri yaradılıb. Gələcəkdə aqroparklar şəbəkəsi genişləndikcə yaranacaq iş yerlərinin əhatə dairəsi də çox genişlənəcəkdir.

Aqropark şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə də genişlənməkdədir. Çünki bu ərazilərin geniş aqropotensialı var. Bu aqropotensialdan səmərəli istifadə etməklə ölkədə ərzaq təhlükəsizliyini daha möhkəmləndirmək və qeyri neft ixarcımızı daha da artırmaq mükündür. Belə ki, Zəngilanda Azərbaycan Türkiyə ilə birlikdə "Dost Aqroparkı" yaradılır. Hətta dövlət başçılarımız "Dost Aqroparkı"n birinci mərhələsinin açılışını da edib. Bu aqroparkda istehsal olunan məhsullar "Made in Karabakh" brendi adı altında buraxılacaq. Burda istehsal olunmuş mallar dünya bazarına daxil olunduqca yeni Qarabağ brendi ilə dünya ictimaiyyəti tanış olacaqdır və 30 il Ermənistanın əsarətində olaraq məhv edilmiş ərazilərin dirçəldiyinə və bu ərazilərə Azərbaycanın yeni ruh qaytardığına əmin olacaqlar. İşğaldan azad olunmuş ərazilərdə aqroparkların yaradılması həm də bu ərazilərə qayıdacaq keçmiş məcburi köçkünlər üçün iş yerləri deməkdir. Keçmiş məcburi köçkünlər öz doğma yurdlarında işləyib ailələrini dolandırmaqla firavan həyatlarına davam etdirəcəklər", - deyə o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.