Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ötən il 803,5 kilometr avtomobil yolları, prospekt və küçələr tikib, yenidən qurub və təmir edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Zəngilan rayonunun Ağalı kəndinə mediatur zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
O bildirib ki, 2021-ci ildə tikilən və təmir edilən yolların uzunluğu 728,3 kilometr olub.
Ötən il tikilən yolların 243,3 km-i respublika, 398 km-i yerli əhəmiyyətlidir. 2022-ci il ərzində isə Bakı şəhərində 171,2 kilometr yol yenidən qurulub.
Milli.Az