İqtisadiyyat

Bank Respublika və "Sabah"FK Yeni il öncəsi şəhid övladlarını sevindirdi! - VİDEO

30 Dekabr 2022 12:10
Baxış: 1 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Futbol üzrə ölkə çempionatının liderlərindən biri olan "Sabah" FK və klubun baş sponsoru olduğu ölkənin aparıcı banklarından biri olan Bank Respublika Yeni il bayramı ərəfəsində təqdirəlayiq aksiya həyata keçiriblər.

Belə ki, aksiya çərçivəsində komandanın həm yerli həm əcnəbi futbolçuları Bank əməkdaşları ilə birgə klubun yerləşdiyi Masazır qəsəbəsində məskunlaşmış şəhid ailələrini ziyarət edib.

Ziyarət zamanı futbolçular və Bankın nümayəndələri Vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin övladlarına müxtəlif hədiyyələr təqdim edərək bayram sevinci yaşadıblar.

Görüş zamanı şəhid övladlarına atalarının qəhrəmanlıqları ilə daim fəxr etməli olduqları, onların Vətənimiz üçün etdiklərinin heç vaxt unudulmayacağı qeyd edilib.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.