“Technest” Təqaüd Proqramının 135 təqaüdçüsü regionlarda işlə təmin olunacaq - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Azərbaycan HR İnstitutunun tərəfdaşlığı çərçivəsində "Technest" Təqaüd Proqramının heyəti nüfuzlu şirkətlərin HR menecerləri ilə bir araya gəlib.15 qabaqcıl şirkətin iştirak etdiyi görüşdə İKT üzrə yerli mütəxəssislərin yetişdirilməsini sürətləndirmək, əmək bazarında tələb və təklif arasında balansı tənzimləmək və ən əsası milli İKT kadr bankını yaratmaq əsas müzakirə mövzularından olub.
Görüşdə işəgötürənlərin İKT sahəsi üzrə kadr ehtiyacının "Technest" təqaüdçüləri ilə təmin olunması istiqamətində fəaliyyət planı təqdim olunub.
Eyni zamanda, görüş iştirakçıları regionlarda İKT üzrə mütəxəssislərin yetişdirilməsi və kadrların bölgələrdə işlə təmin olunması məsələsinə də toxunublar. İlk addım olaraq 135 "Technest" təqaüdçüsünün regionlarda işlə təmin olunması razılaşdırılıb.
Azərbaycan HR İnstitutunun rəhbəri Emil Hüseynov bildirib ki, ''Technest'' Təqaüd Proqramının təqaüdçüləri hesabına regionlarda İKT üzrə mütəxəssis ehtiyacının qarşılanması olduqca təqdirəlayiqdir. ''Technest təqaüdçüləri artıq əmək bazarında rəqabətədavamlı və peşəkar kadrlar kimi tanınırlar. Regionlarda yaşayan gənclərin ödənizsiz olaraq İKT təhsili alması və regionlarda da işlə təmin olması işsizliyin azadılması və əhalinin rifahının artmasına önəmli töhfə verəcək. Bu baxımından ''Technest'' proqramının rolu əvəzsizdir''.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təhsil, təqaüd və rəqəmsal savadlılıq şöbəsinin rəhbəri Fatimə Ələkbərova sözügedən əməkdaşlıqla bağlı bildirib:''Çox sevindiricidir ki, ''Technest'' brendi arlq əmək bazarında tanınır və paytaxt Bakı ilə yanaşı regionlarda yaşayan sakinlər üçün də əlçatandır. Hazırda 800-ə yaxın məzunumuz var və onlardan 200-ü tanınmış müəssisələridə işlə təmin olunublar. 2022-2023-cü tədris ilində isə məzunlarımızın sayını 2000-ə çatdırmaq niyyətindəyik. Azərbaycan HR İnstitutu ilə əməkdaşlıq çərçivəsində 135 məzunumuzun regionlarda işlə təmin olunması uğurlu tərəfdaşlığın başlanğıcıdır''.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zorakılığa məruz qaldığı deyilən şagird və valideynlri danışdı - VİDEO
-
Bitkoin ucuzlaşıb
-
“Hürrem” və “Süleyman” 15 il sonra bir arada - FOTO
-
Millimiz dünya çempionatının yarımfinalında
-
Azovda həlak olan kapitanın həyat yoldaşı: hər kəsi xilas etsə də... - FOTO
-
İsrailin hücumları nəticəsində 3593 Livan vətəndaşı ölüb
-
Zığdakı insidentlə bağlı 7 nəfər saxlanılıb - YENİLƏNİB - VİDEO
-
Hər gün saç daramaq saç tökülməsinə səbəb olur?
-
"100 dolları xırdaladım, cibimdə pul partlayırdı"
-
Bəziləri vizasız qaldı
-
Bakıda inanılmaz görüntü - elə yerdə “drift” etdilər ki... - VİDEO
-
Göygöldə güclü yağış fəsadlar törədib - FOTO
-
Ev heyvanı ilə yatanların nəzərinə
-
Sevgili olduqlarını təsdiqlədi
-
Bakının mərkəzində məşhur bina sökülür? – Park salına bilər
-
Daşkəsəndə kişini at belində ildırım vurdu
-
“Həmin gün kasıbçılıqdan çıxdıq”
-
Diş qıcama bu problemlərə səbəb olur
-
"Rıza baba" və komandası "şəhid" oldu?
-
Azovda həlak olan və yaralanan azərbaycanlıların sayı dəqiqləşdirilib - rəsmi
-
Əsgər yoldaşını xilas etdi, özü həlak oldu - YENİLƏNİB - FOTO
-
Mürsəl Əliyevə yeni vəzifə verildi
-
Bu qurumun rəhbəri dəyişdi
-
Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda təmsil olunur - FOTO





