"Memorandumun imzalanması hər iki tərəfdən çox düzgün qərar idi"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropa İttifaqı (Aİ) Azərbaycanın və Xəzər regionunun enerji təhlükəsizliyi sahəsində artan rolunu qəbul edir.
Bunu Trend-ə Beynəlxalq Siyasi İqtisadiyyat üzrə Avropa Mərkəzinin (ECIPE) baş elmi işçisi Tengiz Pxaladze deyib.
"Azərbaycanın bu sahədə rolu sürətlə artır. Aİ Azərbaycanın enerji təhlükəsizliyini dəstəyə sadiqliyini yüksək qiymətləndirir. Azərbaycan bizim üçün sadəcə etibarlı tərəfdaş deyil. Azərbaycan rəhbərliyi mövcud inkişaf tendensiyalarını başa düşür, inkişafa, əməkdaşlığa can atır və daim həll yolu tapır", - deyə o bildirib.
Qaz ixracının artırılması ilə bağlı bu yaxınlarda Azərbaycanla Aİ arasında imzalanmış memorandumdan danışan ekspert qeyd edib ki, bu, Aİ-nin Azərbaycanı mühüm tərəfdaş hesab etməsinin bariz nümunəsidir.
"Bu memorandumun imzalanması hər iki tərəfdən çox düzgün qərar idi. Bu gün Azərbaycanın və Xəzər dənizinin, xüsusən də Trans-Adriatik boru xətti (TAP) və Trans-Anadolu qaz xətti (TANAP) ilə bağlı nəhəng imkanları qəbul olunur",- T.Pxaladze deyib.
Boru xətlərinin buraxılış gücünə və onların potensial genişləndirilməsinin mümkünlüyünə gəldikdə, ekspert bildirib ki, bu, mümkündür və əsasən siyasi iradədən asılıdır.
"90-cı illərdə problemlərin daha ciddi olduğu bir vaxtda tərəflər məhz siyasi iradə sayəsində razılığa gələ bilmişdilər. İndi də bundan Aİ, Azərbaycan, Gürcüstan və digər tərəflər faydalanır. Beləliklə, bu memorandum həm Aİ-nin, həm də Azərbaycan güclü siyasi iradəsinin göstəricisidir", - ekspert deyib.
Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin nəql gücü təkcə Azərbaycan deyil, həm də regionun digər ölkələri, məsələn, Türkmənistan nəzərə alınmaqla hesablanıb.
"Bu gün Azərbaycan və Türkmənistanın birgə enerji layihələri üzrə gələcək əməkdaşlıq üçün böyük potensialı var. Xəzər regionunun digər ölkələri də layihəyə qoşulsa, üstünlük hər iki tərəf üçün əhəmiyyətli olacaq", - o əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Trampdan İrana sərt mesaj
-
Qadın işçiyə hörmətsizlik: Müştəri kafeni bir-birinə qatdı - VİDEO
-
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
-
Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
-
İran ABŞ bazalarını raketlərlə vurdu - Regionda gərginlik artır
-
Gənc futbolçu zədə səbəbindən dünya çempionatını buraxacaq
-
Bakıda söküləcək ərazilər məlum OLDU
-
Məşhur aktyor vəfat etdi - FOTO
-
Bitkoinin qiyməti görün hardan hara düşdü
-
İranlı futbolçulara ABŞ vizası verilib
-
ABŞ Hörmüzdə İranın 4 PUA-sını məhv etdi
-
Lionel Messi DÇ-2026-da oynamayacaq?
-
İrandan Azərbaycana gizli keçmək istəyənlər tutuldu
-
Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
-
Qazın qiyməti UCUZLAŞDI
-
39 nəfər üzərində sınaq başladı: Bu peyvənd dünyanı dəyişə bilər
-
Neftdən gələn xəbər bazarları hərəkətə gətirdi
-
Trampın Qəzza planı niyə çökür?
-
Kuril adalarında güclü zəlzələ baş verib
-
Kənd yumurtasını mağaza yumurtasından ayırmağın yolları
-
Ağırlıq qaldıranlar daha uzunömürlü olur
-
Mətanətdən Vüqar Muradova ağır sözlər
-
Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
-
Bu resepti bilənlər artıq dondurma almır





