İqtisadiyyat

Ölkəyə gətirilən bu avtomobillər gömrük rüsumlarından tam azad edilə bilər

29 Mart 2022 13:48
1 Şərh     Baxış: 1 370

Dövlət Gömrük Komitəsi (DGK) ekoloji təmiz avtomobillərin idxalının gömrük yığımları və rüsumlardan tam azad edilməsi üçün müvafiq sənədləri hökumətə təqdim edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu DGK-nin nümayəndəsi Tariyel Alverdiyev "Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit" adlı mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2022-ci ildən Azərbaycana elektromobillərin idxalı əlavə dəyər vergisindən azad edilib. Bundan başqa, daxili bazarda da elektromobil satışları ƏDV-dən azad edilib.

"Azərbaycanda üç min kub santimetrdən çox mühərrik həcmi olan avtomobillərin idxalının azaldılması məqsədilə onların idxalına gömrük rüsumları artırılıb. İlin əvvəlindən Azərbaycana bu avtomobillər gətirilməyib", - T.Alverdiyev deyib.

Eyni zamanda o əlavə edib ki, bu ilin əvvəlindən Azərbaycana ötən ilin eyni dövrü ilə müqayisədə 1 300 ədəd çox hibrid avtomobil idxal edilib.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Seid · 29 Mart 13:5400

    Inanmiram ki BIZIMkiler bele gozel ish gorsunler.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics