Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məşhur "Sotheby’s" hərrac evi Asiya və Qafqaz ölkələri rəssamlarının əsərlərinin satış-sərgisini keçirəcək - FOTO
17 Mart 2014 16:22
Baxış: 1 752
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
27 mart - 1 aprel tarixində məşhur "Sotheby's" hərrac evi Böyük Britaniyanın paytaxtı Londonda Mərkəzi Asiya və Qafqaz ölkələri rəssamlarının əsərlərinin satış-sərgisini təşkil edəcək.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, "Yol ayrıcında: İstanbuldan Kabilə qədər müasir incəsənət" başlığı altında keçiriləcək sərgidə Mərkəzi Asiya respublikaları, İran, Türkiyə və Cənubi Qafqaz ölkələrindən müasir dövr rəssamlarının 60-a yaxın əsəri nümayiş olunacaq. Tədbirə "Paşa Bank" sponsorluq edir.
Artıq ikinci dəfədir ki, dünyaca məşhur hərrac evində region ölkələrinin, o cümlədən Azərbaycanın müasir rəssamlarının əsərlərindən ibarət sərgi geniş auditoriyaya təqdim olunur. Budəfəki sərgidə Azərbaycan rəssamlarının 10 işi nümayiş olunacaq.
Sərgidə üç nəsil rəssamlarımızın portret janrında əsərləri yer alacaq. Rəsmlərin mövzusu isə müxtəlifdir. Əsərlərdə siyasi, sosial-iqtisadi, eləcə də Azərbaycanın qədim və zəngin mədəniyyəti ilə bağlı mövzular əksini tapıb. Burada həm çox məşhur, həm də nisbətən az tanınan, amma maraqlı əsərlərin müəllifi olan rəssamlar təmsil olunur. Tahir Salahov, Mirnadir Zeynalov, Aida Mahmudova, Tofiq Cavadov, Aydan Salahova, Toğrul Nərimanbəyov, Cavad Mircavadov, Faiq Əhməd, Rəşad Ələkbərov və Rauf Məmmədovun əsərləri son 50 ildə Azərbaycan təsviri sənətinin nə qədər rəngarəng olduğunu və inkişaf etdiyini göstərir.
Xatırladaq ki, 2013-cü ilin martında "Sotheby" hərrac evi ilk dəfə Qafqaz və Mərkəzi Asiya ölkələrinin müasir incəsənət nümunələrinin satış-sərgisini təşkil etmişdi. Sərgidə 1960-cı illərin nonkonformizm və sosrealizmindən yeni bədii təcrübələrədək olan dövrü əhatə edən 50-dək əsər satışa çıxarılmışdı.
"Sotheby's" 1744-cü ildən sənət əsərləri kolleksiyaçılarını öz ətrafında cəmləyir və dünyanın ilk beynəlxalq hərrac evidir. Hazırda "Sotheby's" Nyu-York, London və Parisin onlarla satış mərkəzlərində hərraclar təşkil edir, 40 ölkədə 90-dan çox ofis şəbəkəsinə malikdir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Bakıda yubiley “ SALAM ” Beynəlxalq YeniyetməFilm Festivalının açılışı olub - (Foto)
-
Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək
-
Xalq artisti Şükufə Yusupova ilə bağlı son vəziyyət
-
Nazirlik Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yaydı
-
Hikmət Mustafayevə yüksək vəzifə verildi
-
Bakıda V Beynəlxalq Gənclər Kino Festivalı SALAM keçiriləcək - (Video)
XƏBƏR LENTİ
-
Serj Sarkisyanın ölkə ərazisindən çıxmasına qadağa qoyulub
-
Sərhəddə nəqliyyat sıxlığı aradan qalxdı
-
Aldadıcı başlığa görə jurnalistlər saxlanıldı - (Foto)
-
Həştərxan vilayətinin qubernatoru Birinci vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlayıb
-
Türkiyədə zəlzələ oldu
-
Azərbaycanın bank sektorunda artım - Aktivlər 9,5% yüksəldi
-
“iPhone 18” bu rənglərdə olacaq - (Foto)
-
Şabranda ağır qəza: Ölən var
-
Suriyada böyük dəyişiklik: Kürd qüvvələri ləğv edildi
-
Aysel başına gələn hadisəni danışdı: “Bəzi kişilər, niyə beləsiniz?” - (Video)
-
Ali məktəbə qəbul olan ən yaşlı tələbə
-
Azərbaycanda bu ad cəmi 3 uşağa verilib
-
Ronaldo fanatına görə tənqid atəşinə tutuldu - (Video)
-
Prezident İlham Əliyev qələbə münasibətilə “Sabah” futbol klubunu təbrik edib - (Foto)
-
Polis ötən gün 73 cinayətin üstünü açdı - 121 nəfər saxlanıldı
-
Xırdalanda 1 yaşlı körpə 7-ci mərtəbədən yıxılaraq öldü
-
Pulunu dollara dəyişmək istəyənlərin diqqətinə
-
Müller və komanda yoldaşları atışıb Portuqaliya klubunu aldılar
-
Bakıda 19 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürdü
-
Avqustun son günlərində pulları artacaq 3 bürc - Siyahı
-
Tələbə yataqxanası niyə biznesə çevrilə bilmir? - ARAŞDIRMA
-
Mehmet Ali Erbilin son halı müzakirə yaratdı - (Foto)
-
Bu gün Naxçıvanda qaz olmayacaq
-
Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi - Kamaləddin Qafarov