Mədəniyyət

“Uşaqlıq duyğularımın rəngləri" şou–sərgisinin açılışı olacaq

24 Oktyabr 2023 16:38
Baxış: 2 164
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzi "Heydər Əliyev ili"  çərçivəsində  təsviri sənətə ictimai marağı artırmaq, böyüklərin uşaq məsumluğu və səmimiyyəti ilə ərsəyə gətirdikləri rəsm əsərlərini görmək məqsədi ilə elan olunmuş  "UŞAQLIQ DUYĞULARIMIN RƏNGLƏRİ" adlı şou-sərgi üçün əsər qəbulu başa catdı.

3 noyabr  2023-cü il tarixində saat 16:00-da "UŞAQLIQ DUYĞULARIMIN RƏNGLƏRİ şou-sərginin açılış mərasimi olacaq.
Təqdim olunan əsərlər arasında uşaqlığa qaytaran, xatirələr canlandıran əsərlər əsas yer tutur.
Elanda qeyd olunduğu kimi, sərgidə bəzi müəlliflər uşaqkən çəkdiyi rəsmlərlə təmsil olunurlar.
Əsəri  sərgilənəcək iştirakçılar https://cloud.mail.ru/public/QjN4/V9ixQXAFT

Sərgilənəcək  əsərlər  31 oktyabr tarixinı qədər  Xətai Sənət Mərkəzinin  ikinci mərtəbəsinə təhfil verilməlidir.

Əsəri sərgilənən müəlliflərə  sertifikat təqdim olunacaq.
Nəzərinizə çatdıraq ki, sərgi üçün yaşı 18-dən yuxarı rəssamlar və müxtəlif peşə sahibləri təqdim edəcəyi əsər(lər)in fotosu ilə bərabər əsərin adı, soyad, ad,təvəllüd, peşə və əlaqə nömrəsini qeyd edərək [email protected]  ünvanına göndərməklə qatılmışlar.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.