15:20
Yanvarın 10-dan 11-nə keçən gecə bıçaqlanan və ötən gecə yenidən eyni hadisə ilə üzləşən teleaparıcı Ulvira Qarayevanın həyat yoldaşı, meyxanaçı Tərlan Dağlının (Mustafayev) başına gələnlər gündəmdə olan xəbərlərə başçılıq edir.
Milli.Az-a eksklüziv açıqlama verən Ulvira, həyat yoldaşının hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdə olduğunu təsdiqləyib, baş verənlərə belə münasibət bildirdi:
"Biz Tərlanla yanvarının 10-dan etibarən bir yerdə yaşamırıq. Onun aramsız xahişlərinə baxmayaraq, yenidən barışmaq kimi niyyətim yoxdur. Sadəcə, insani borcumu yerinə yetirdim və birinci dəfə bıçaqlananda yanında oldum. Olub ki, yarasının sarğısını belə özüm dəyişmişəm. Psixoloji dəstəyim də öz yerində. Həyatını davam etdirməsi üçün əlimdən gələni etmişəm. Hətta tikişləri sökülmüşdü və həkimlər təsdiqləyərlər ki, mən onu yenidən xəstəxanaya aparmışdım. Ayaqüstə qalxması üçün bacardığımı etdim.
Bədənindəki tikişlər ötən həftənin dördüncü günü sökülməli idi. Dünən mənə zəng etdi ki, xəstəxanaya onunla gedim. Mən isə anamla bəzi işlərimizi həll etmək üçün gedəcəyimi deyib, razı olmadım. Hadisənin baş verməsini bu səhər işə gedəndə saytlardan oxudum. Nə deyim, əlimdən gələni etdim onun üçün. Təkrarçılıq kimi çıxmasın, o məni qaytarmaq üçün bütün yollara əl atmağa hazırdır. Başa düşmək istəmir ki, canına qəsd etməklə mənimlə barışa bilməyəcək".
---------
09:52
Ağır vəziyyətdə xəstəxanaya gətirilmiş T.Mustafayevin bıçaqlanmasının ilkin səbəbi məlum olub. 1 saylı Şəhər Xəstəxanasından Milli.Az-a verilən məlumata görə, yaralı həkimlərə özünün özünə xəsarət yetirdiyini deyib.
Hazırda hüquq-mühafizə orqanları T.Mustafayevin ifadəsinin düzgün olub-olmamasını yoxlayır.
--------
09:25
Kliniki Tibbi Mərkəzdən Trend-ə bildirilib ki, meyxanaçı Tərlan Mustafayev (Dağlı) ötən gecə qarın nahiyəsindən bıçaqlanıb və xəstəxanaya gətirilib.
O, reanimasiya şöbəsinə yerləşdirilib.
Yasamal Rayon Polis İdarəsindən Mustafayevin bıçaqlandığını təsdiqləyiblər.
Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.
Xatırladaq ki, Mustafayev iki həftə öncə də bıçaqlanmışdı.Bu hadisənin də kim tərəfindən törədildiyi hələlik məlum deyil.
Şahin Cavadsoy
Milli.Az
Hadisə, Kriminal
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ulvira Qarayeva ikinci dəfə bıçaqlanan əri haqqında danışdı - YENİLƏNİB
23 Yanvar 2012 15:20
1 Şərh
Baxış: 16 130
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
XƏBƏR LENTİ
-
40 yaşdan yuxarı şəxslərdə böyrəklərin yükünü azaldan faydalı qidalar
-
"O, məni qocaldır"
-
"Qızıl top"un qalmaqallı qalibi hər gün şərab içir
-
Asqırmağı saxlamaq təhlükəlidir - Həkimdən xəbərdarlıq
-
Son görüşlərini belə xatırladı
-
İctimai internetdən istifadə baha başa gələ bilər - SƏBƏB
-
Türkiyə Dünya Çempionatına vəsiqə qazanıb
-
ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı zərbə qrupu göndərir
-
Restoran üsulu bulqur plovu necə hazırlanır?
-
Dünyada ilk: Qatarda kvant naviqasiya sistemi sınaqdan keçirildi - FOTO
-
Bu gündən küçədə elektron siqaret çəkənlər cərimələnəcək
-
Bu gündən elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağandır
-
Günün qoroskopu: Sirlərinizi bölüşərkən ehtiyatlı olun
-
Əraqçi: ABŞ-nin 15 bəndlik təklifinə cavab verməmişik
-
Gədəbəydə ağır qəza - xəsarət alanlar var
-
Sabah bu ərazilərdə işıq OLMAYACAQ - YENİLƏNİB
-
Onlarla avtomobilə ziyan dəyib - Zərəri kim ödəməlidir? - VİDEO
-
Paltaryumada 40 dərəcə dövrü bitdi - Mütəxəssisdən xəbərdarlıq: "Geyimləri öldürür"
-
2 min illik mağaranı çörək ağacına çevirdi: Ayda 3 ton məhsul götürür - FOTO
-
Bahar Candana 2 il 6 ay həbs cəzası verildi
-
Zaqatalada iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda hansı vaxtlarda və harada balıq tutmaq qadağandır?
-
Türkiyədə bir vaxtlar gəmiləri batırdığına inanılan yer - FOTO
-
Vəziyyət yalnız bu halda normallaşa bilər - Pezeşkian





