Bakının Sabunçu rayonu ərazisində qətlə yetirilən karate üzrə 7 qat ölkə çempionu ilə bağlı yeni faktlar ortaya çıxıb. Milli.Az xəbər portalının məlumatına görə, aparılan araşdırmalar nəticəsində mərhum Samir Ağayevin tanınmış oğru olduğu məlum olub. O, son oğurluğunu qətlindən 5 gün əvvəl törədibmiş.
Sözügedən sonuncu oğurluq hadisəsi yanvarın 1-dən 18-dək olan müddətdə Xasməmmədov küçəsində yaşayan Qasım Bağırovun mənzilindən edilib. Evdən açar seçmə yolu ilə 30 min ABŞ dolları dəyərində qızıl-zinət əşyaları, 1 ədəd televizor və məişət əşyaları oğurlanıb. Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gürcüstan vətəndaşı, əvvəllər məhkum olunmuş Vasili İkoev fevralın 12-də yaxalanıb.
Milli.Az xəbər portalı ANS telekanalına istinadən xəbər verir ki, Qasımın mənzilinin qapısını açan Vasili İkoevdir. O, mənzilin qapısını açdıqdan sonra mərhum Samir Ağayevlə birlikdə evi talan edib. Amma Samirə oğurluqdan əldə etdiyi qəniməti xərcləmək nəsib olmayıb. O, yanvarın 22-nə keçən gecə Bakıxanovdakı kafelərdən birinin qarşısında mübahisə etdiyi şəxslər tərəfindən qətlə yetirilib.
Dindirilmə zamanı oğurluğu etiraf edən Vasilinin sözlərinə görə, qızılların satışını Samir həyata keçirirmiş və əldə etdiyi puldan onun payına düşəni də hissə-hissə verirmiş.
Əməliyyat-istintaq qrupu müəyyən edib ki, Vasil Q.Bağırovun mənzilini xüsusi alətlərlə açmağa müvəffəq olub. Ötən ilin dekabr ayında Bakıya gələn İkoyevin dediyinə görə, mənzili ona mərhum Samir Ağayev işarə verib.
İşi aparan müstəntiq Vüqar Əliyev bildirib ki, onların qaldığı evə baxış zamanı oğurluqda istifadə edilən alətlərlə yanaşı, Bağırova məxsus qol saatı da tapılıb.
Təqsirləndirilən şəxs bildirib ki, onlar evə saat 01.00 radələrində daxil olublar. Hamam otağında tapdıqları qızılları götürdükdən sonra mənzildən televizor və videokamera da aparıblar.
Anar Məmmədov
Milli.Az
Xəbəri buradan oxu:
Bakıda idmançını qətlə yetirənlərin başqa cinayəti də ortaya çıxıb
Karate üzrə 7 qat ölkə çempionunun qatilləri tutuldu - YENİLƏNİB
Hadisə, Kriminal
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bakıda qətlə yetirilən karate üzrə 7 qat çempion məşhur oğru imiş
16 Fevral 2011 14:03
Baxış: 5 134
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
XƏBƏR LENTİ
-
Sarkisyanın partiyası parlament seçkilərində iştirak etməyəcək
-
"Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim"
-
Xamenei: Müqavimətə dəstək davam edəcək
-
Qlobal gərginlik və bahalı neft: Azərbaycan iqtisadiyyatı üçün yeni fürsətlər
-
Çay və qəhvə ilə dərman içmək niyə olmaz?
-
Mələkxanım Eyubovadan oğlu ilə bağlı paylaşım - FOTO
-
Paşinyan: Qarabağ hərəkatı davam etdirilməməlidir
-
Putin: Ermənistan eyni vaxtda Aİ və Aİİ gömrük ittifaqında ola bilməyəcək
-
"İlham Əliyev və Paşinyanın səyləri ilə vəziyyət sabitləşib"
-
Xaosdan bezib kəndə köçdü: Məşhur aktrisa orqanik həyatı seçdi - FOTO
-
Bu restoran gecə 4-ə qədər...
-
"Qızım blogerlik etməkdənsə, evinin xanımı olsun"
-
WUF13 çərçivəsində keçiriləcək “Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı
-
"Rasim Balayevin bu sözlərini UNUTMURUQ"
-
Əli Əsədov Türk Dövlətləri Təşkilatının baş katibi ilə görüşüb
-
Putin və Paşinyan arasında görüş keçirilir - YENİLƏNİB
-
Bu ölkə Azərbaycanda səfirlik açacaq
-
Daha bir Xalq artistinin səhhəti ilə bağlı açıqlama
-
Amnistiya aktı ədliyyə orqanları üzrə 18 mindən çox şəxsə şamil edilib
-
Fars körfəzində gərginlik: Tanker vuruldu
-
Nəsilləri birləşdirən musiqi: mart konsertlərinə baxış - FOTO
-
Bakıda 20 yaşlı gənc 12 minlik telefon oğurladı - VİDEO
-
Türkiyədə kuryer işləyən azərbaycanlı gənc öldürüldü
-
İran atəşkəs üçün ABŞ-yə müraciət edib?





