Bakıda ən xarakterik yol qəzası piyadaların nəqliyyat vasitələri tərəfindən vurulmasıdır. Bu, ümumi hadisələrin 52%-ni, yəni yarıdan çoxunu təşkil edir. Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin rəisi polkovnik Nüşrəvan Səfərov bildirib.
N.Səfərov deyib ki, hadisələr bir çox hallarda piyadaların günahı ucbatından baş verir: "Piyadalar yeraltı, yerüstü keçid olan yerdən keçmək əvəzinə qanunla müəyyən olunmamış yerlərdən keçirlər ki, bu da nəticədə xoşagəlməz hadisələrə səbəb olur. Bu hadisələrin qarşısını müəyyən qədər almaq olar. Tərəfimizdən müəyyən profilaktik, eləcə də inzibati tədbirlər görülür. Qeyd etməliyik ki, bu sahədə hələ çox müsbət nəticə əldə olunmayıb".
Onun sözlərinə görə, əgər vətəndaş kiminsə yolu müəyyən olunmamış yerdən keçdiyini görürsə, bunun üçün yol polisinin gəlməsini gözləmək lazım deyil: "O, həmin şəxsə iradını bildirməlidir ki, yaxınlıqda keçid var, oradan keçmək lazımdır".
N.Səfərov, həmçinin bildirib ki, təhlillərə görə, təcrübəli sürücülər riskə daha meylli olurlar: "Təcrübəsiz sürücü yenə də haradasa avtomobili ehtiyatla sürür. Ancaq özünə arxayınlıq bəzən xoşagəlməz hadisələrə gətirib çıxarır".
Onun sözlərinə görə, Bakı şəhərində 700 mindən çox nəqliyyat vasitəsi qeydə alınıb, respublikada olan digər nəqliyyat vasitələrinin bir hissəsi burada istismar olunur, buna baxmayaraq, görülən tədbirlər bu ilin I rübü ərzində yol-nəqliyyat hadisələrinin azalmasına gətirib çıxarıb: "Ötən illə müqayisədə 3 göstərici üzrə - həm hadisələrin, həm ölənlərin, həm də xəsarət alanların sayında azalma müşahidə olunub. Görülən tədbirlər, yol infrastrukturunun təkmilləşdirilməsi də buna öz təsirini göstərib".
Qeyd edək ki, bu ilin ilk rübü ərzində Bakıda 199 yol qəzası baş verib. Hadisələr zamanı 61 nəfər ölüb, 193 nəfər yaralanıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hadisələr 22, ölüm 19, yaralanma 18 fakt azalıb.
Milli.Az
Hadisə, Kriminal
Bakıda təkər altda qalanlar: günah öləndədir?
21 Aprel 2014 10:41
3 Şərh
Baxış: 1 835
XƏBƏR LENTİ
- Günün xoşbəxt bürcü hansıdır?
- Ermənistanda əsirlikdə olan azərbaycanlıların VİDEOsu yayıldı: əsrlikdən azad olunublarmı? - YENİLƏNİB
- Toyda bəyi şok edən hədiyyə - FOTO
- Hadisə çimərlik geyimində - FOTOlar
- Rusiya XİN: “Patriot”ları məhv etmək üçün bütün tədbirlər görüləcək
- Ağcabədili axund necə Nizami Gəncəvi oldu?
- Səhiyyə Nazirliyinə yeni səlahiyyətlər verildi
- Prezident “Samur” - “Yaraq-Qazmalar” buraxılış məntəqələri ərazisində körpünün istismar qaydalarını təsdiqləyib
- "Müsbət 13 dərəcə suda bunu bacardığım üçün çox xoşbəxt idim"
- İlham Əliyev Azərbaycanla Qazaxıstan arasında imzalanmış iki sənədi təsdiqləyib
- Bağça müdiri olmaq istəyənlərin nəzərinə!
- “Sihirli annem”in aktyoru 22 illik xanımından boşanır
- “Sərxanın dönəri” bağlandı
- Erməni kilsəsi hakimiyyət istədi, Paşinyandan "nokaut" aldı
- "Beverli-Hillzdə baldızlarla" - FOTO
- Ermənistanda etirazçılar özlərini zəncirlə bağlayıblar
- "“Qarabağ”ın səviyyəsi hamıya məlumdur"
- Bakıda 35° isti olacaq
- “Borussiya”dan yeni təklif
- “Çirkin kişiyə gələn özgüvən...”
- SOCAR Türkiyə açıqlama verdi
- Ançelotti Ardanı belə təqdim etdi - VİDEO
- Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
- Meksikada keçirilən prezident seçkisinin qalibi müəyyənləşdi