Hadisə, Kriminal

Azərbaycanda qəza: sürücü xəstəxanalıq oldu

18 Aprel 2014 19:47
0 Şərh     Baxış: 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qusar rayonu, Köhnə Xudat kəndi ərazisində "VAZ" markalı minik avtomobili ilə "Mitsubishi" markalı minik avtomobili toqquşub. Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, qəza nəticəsində "VAZ" markalı minik avtomobili deformasiyaya uğrayıb və sürücü sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müxtəlif alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxararaq Təcili Tibbi Yardım Xidmətinə təhvil veriblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.