Hadisə, Kriminal

Azərbaycanda maskalı şəxslər ev sahibini qanına qəltan etdilər - FOTO +18

18 Aprel 2014 18:45
3 Şərh     Baxış: 2 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tərtər rayonunda bıçaqlanma hadisəsi baş verib

Anspress-in verdiyi məlumata görə, rayonun Sarov kənd sakini Rüsxarə Həsənovanın evinə gecə 4 radələrində 3 nəfər maskalı şəxs basqın edib.

Ev sahibinin oğlu Vidadi Hüseynovun yataq otağına daxil olan maskalılar ondan evdə olan pul və zinət əşyalarını verməsini tələb ediblər. Qonşuların verdikləri məlumata görə, Vidadinin həyat yoldaşını bıçaqla hədələyən oğrular evdə olan zinət əşyalarını və 600 manat pulu götürüblər. Daha sonra oğrular Vidadi Hüseynova bıçaqla 3 zərbə vuraraq qaçıblar.

Qeyd edək ki, Vidadi Hüseynovun 2 övladı var. Hadisə baş verən vaxt azyaşlılar digər otaqda olublar. Yaralı dərhal qohumların köməyilə Bərdə Mərkəzi rayon Xəstəxanasına aparılıb. Əməliyyat olunub. Xəstəxanadan aldığımız məlumata görə, hazırda xəstənin vəziyyəti ağırdır.

Tərtər rayon Polis Şöbəsindən bildirdilər ki, naməlum şəxslər zərərçəkənlə əlbəyaxa olub. Bıçağı da müqavimət göstərən zaman vurublar.

Hazırda cinayət törətmiş şəxslərin axtarışı davam edir.

Faktla bağlı Tərtər rayon PŞ də CM-nin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5 maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.