Hadisə, Kriminal

Maşını vurub aradan çıxdı - VİDEO

2 Avqust 2013 16:28
0 Şərh     Baxış: 588
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Şəkinin Kiçik Dəhnə kəndində kənd sakini Əhmədov Rəhman Məhəmməd oğlu qardaşına məxsus "Mercedes" markalı avtomobili kənd ərazisində idarə edərkən idarəetməni itirib və yol kənarındakı 35-BF-540 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobilə çırpıb. Nəticədə yol kənarında dayanan və hadisədən canını qurtarmaq istəyən Əhmədov Qağamkişi Sofu oğlunun bəxti gətirməyib. Belə ki, toqquşma zamanı Əhmədov Qağamkişi "VAZ" markalı avtomobillə dəmir hasarın arasında qalıb.

Qəzadan sonra hadisəni törədən şəxs zərərçəkənə yardım etmək əvəzinə hadisə yerindən qaçıb. Xəsarət alan şəxs isə yaxınlarının köməkliyi ilə Şəki Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Bəzi məlumatlara görə, hadisəni törədən şəxs bir neçə gün bundan öncə həbsxanadan çıxıb.

Faktla bağlı Şəki şəhər rayon Polis Şöbəsində araşdırmalar aparılır. Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.