Hadisə, Kriminal

Balakəndə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib - VİDEO

2 Avqust 2013 16:26
0 Şərh     Baxış: 714
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun 143-cü kilometrliyində, Balakən rayonunun Katex kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü, Zaqatala şəhər sakini Quliyev
Nəbi Əli oğlu
idarə etdiyi 62 BF 296 dövlət nömrə nişanlı "Daewoo" markalı maşınla Balakən şəhəri istiqamətində hərəkətdə olarkən yolu keçən piyada, 1958-ci il təvəllüdlü Balakən rayonu Katex kənd sakini Şitayeva İradə Əhməd qızını vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan İradə Şitayeva Zaqatala Mərkəzi rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Fakla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin təhqiqat və istintaq bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.