Hadisə, Kriminal

17 yaşlı qız çörək almaq adı ilə getdi, meyiti gəldi

2 Avqust 2013 12:14
5 Şərh     Baxış: 3 320
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Şəmkir rayonunda qız ömrünün gənc çağında həyatla vidalaşdı

Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Şəmkir sakini olan 17 yaşlı Aysel Əliyeva özünü suda bogub. O, özünü Şəmkir Su Anbarına ataraq öldürüb.

A.Əliyeva iyulun 25-də evdən çörək almaq adı ilə çıxıb və o vaxtdan yoxa çıxıb. Aparılan uzun axtarışlardan sonra A.Əliyevanın meyiti dünən sudan tapılıb.

Gənc qızın özünə qəsd etməsinin səbəbi məlum olmasa da, onun ailəsinin kasıb həyat tərzi keçirdiyi bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.
A.Əliyeva subay olub. O, orta məktəbdə 9-cu sinfədək oxuyub.

Onu da əlavə edək ki, son iki ay ərzində Şəmkir rayonunda 12 nəfər özünü öldürüb.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.