Kriminal

Küçədə gənc oğlanı öldürən şəxs tutuldu

22 Oktyabr 2020 11:40
Baxış: 1 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qubada qətl hadisəsi baş verib.

Quba Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, oktyabrın 21-də saat 18 radələrində Quba rayonu, Vladimirovka kənd sakini 1991-ci il təvəllüdlü Baratov Söhrab Fizuli oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı Ələskərov Ələskər Şakir oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Söhrab Baratovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ələskər Ələskərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.