Kriminal

Polis “Lotu Quli”nin obyektində yoxlamalara başladı - FOTO

12 Mart 2019 17:09
1 Şərh     Baxış: 3 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rosqvardiya" və polis əməkdaşları Moskvanın ən iri ərzaq bazarlarından olan "Fud Siti"də reyd keçirir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "TASS" agentliyinə hüquq-mühafizə orqanlarında olan mənbə məlumat verib. 

Mənbənin sözlərinə görə, martın 12-də səhər saatlarında Kaluj şosesinin 22-ci kilometrliyində yerləşən bazara "Rosqvardiya" əməkdaşları səfərbər olunublar: "İçəri heç kimi buraxmırlar. Polis əməkdaşları axtarışlar aparır, bazarda işləyənləri sorğu-sual edirlər".

Mənbə reydin hansı səbəbdən keçirildiyi və saxlanılanların olub-olmadığı barədə məlumat verməyib. 

Qeyd edək ki, bir neçə gün öncə Rusiya mətbuatında "Lotu Quli" ləqəbli azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun azərbaycanlıların çalışdığı "Fud Siti" aqroklasterinə nəzarəti ələ keçirdiyinə dair informasiya yayılıb. Məlumatda bildirilirdi ki, "Fud Siti" daha öncə 2016-cı ildə Türkiyədə qətlə yetirilən "qanuni oğru" Rövşən Lənkəranskinin əmisi oğlu Zaur Əhmədovun nəzarəti altında idi. 
 
Xatırladaq ki, analoji tədbir martın 11-də azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevə məxsus "Sadovod" bazarında, həmçinin, "Moskva" ticarət mərkəzində də həyata keçirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.