Kriminal

Bakıda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb

27 Avqust 2014 00:03
2 Şərh     Baxış: 1 791
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda qətl hadisəsi baş verib

Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə avqustun 25-i saat 23:30 radələrində Şağan qəsəbəsində Əzizbəyov küçəsi ev 88-də qeydə alınıb.

Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Ülkər Eynulla qızı Abdullayeva qarının sol yan tərəfinin kəsilmiş-deşilmiş, daxilə nüfuz edən yarası ilə, 1962-ci il təvəllüdlü həyat yoldaşı Tərlan Rəhman oğlu Abdullayev qarnın sağ tərəfinin kəsilmiş-deşilmiş, daxilə nüfuz edən yarası ilə, 1987-ci il təvəllüdlü oğlu Rəhman Tərlan oğlu Abdullayev döş qəfəsinin arxa səthinin, boyunun kəsilmiş-deşilmiş, daxilə nüfuz edən yarası ilə və Şağan qəsəbəsində Yeni yaşayış sahəsində yaşayan, 1998-ci il təvəllüdlü Cahid Vahid oğlu Qədəşov epiqastral nahiyəsinin kəsilmiş-deşilmiş, daxilə nüfuz edən yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Ü.Abdullayeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Nahid Vahid oğlu Qədəşov tutulub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.