Şirvan sakini cinayətkar qrup yaradaraq bacısının evinə basqını etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şirvan sakininin evinə quldur basqını edən şəxlər yaxalanıblar
Şirvan sakininin evinə quldur basqını edərək oradan külli miqdarda əmlakı qarət edən şəxslər saxlanılıb. Şirvan Polis Şöbəsindən APA-ya verilən məlumata görə, 11 iyul 2014-cü il tarixində, gecə saat 00.30 radələrində Şirvan şəhəri, Xəqani küçəsi 4/470 ünvanında yerləşən Əliyev Vahid Abdulla oğluna məxsus evə naməlum şəxslər tərəfindən quldur basqını edilərək evin qarət olunması barəsində məlumat daxil olub. Məlumatda göstərilib ki, 2 nəfərdən ibarət quldur dəstə ailə üzvlərinə zor tətbiq etməklə 6 min manat nağd pul, 5 min manat dəyərində qızıl-zinət və digər qiymətli əşyaları (mobil telefon, notebook, qol saatı) evdən götürərək hadisə yerindən uzaqlaşıblar.
Aparılan əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, evə basqın edərək talayan şəxslər Şirvan sakinləri, 1989-cu il təvəllüdlü Əmənov Əlizamin İlham oğlu və onun tanışı 1988-ci il təvəllüdlü Həsənov Etibar Təbriz oğludur. İstintaq zamanı müəyyən edilib ki, adıçəkilən şəxslər qabaqcadan əlbir olaraq birincinin kürəkəni Əliyev Vahid Abdulla oğlunun evinə quldur basqını etməzdən əvvəl evin enerji təminatını kəsiblər. Bu vaxt evin gəlini-basqınçılardan birinin bacısı Əliyeva Aynur İlham qızı (basqın edən Əlizaminin bacısı) enerji xəttini avtomat qutudan bərpa etmək istəyərkən onun ağzını əlləri ilə qapatmış, qollarını plastik iplə bağlayaraq başına polietilen kisə keçiriblər. Daha sonra basqınçılar ev sahibinin 11 yaşlı oğlu Abdullanın və 13 yaşlı qızı Həcərin əl-qolunu bağlayaraq onların başına polietilen kisə keçirərək yerə oturdublar.
Köməyə gələn ev sahibinin anası Ayna Baloğlan qızı Əliyeva ilə əlbəyaxa olan basqınçılar daha sonra onun müqavimətini qıraraq əllərini plastik iplə bağlayaraq yerə oturtmuş və gözünü köynəklə bağlayıblar. Basqınçılar ailə üzvlərini zor tətbiq etməklə və həyatlarına qəsd edəcəkləri barədə hədə-qorxu gəlməklə zərərsizləşdirdikdən sonra evdən ümumilikdə 11 min manat dəyərində olan külli miqdarda əmlakı ələ keçirərək qarət ediblər.
Daxili işlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin, Şirvan Polis Şöbəsinin və Binəqədi Polis Şöbəsinin 4-cü polis bölməsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri zamanı həmin şəxslər yaxalanaraq istintaqa təhvil verilib.
Faktla bağlı Şirvan Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə azərbaycanlı xəstə baxıcısı 88 yaşlı qadını DÖYDÜ - FOTO
-
8 güllə ilə atasını ÖLDÜRDÜ: "Heç kim istəməz..." - VİDEO
-
31 yaşlı qadın kafedə qətlə yetirildi - Əri saxlanıldı
-
93 yaşlı kişini küçənin ortasında döyüb pullarını OĞURLADI - Anbaan VİDEO
-
Kürəkənini öldürən qayınananı belə qarşıladılar - VİDEO - FOTO
-
Əmisi oğlunu bıçaqladı
XƏBƏR LENTİ
-
Müdafiə naziri Milli qəhrəmanlarımızın ailələlərinə medallar təqdim edib
-
"Dedi ki, Könül xanımın oxuması üçün 350 m ödəməlisiniz" - Efirdə göz yaşı tökdü - VİDEO
-
İlham Əliyevin İrakli Kobaxidze ilə görüşü olub - FOTO
-
"Qalatasaray"ın keçmiş ulduzu məşqçi olduğu klubdan QOVULDU
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək
-
"Qaşımı aldığım üçün anam aləmi "DAĞITDI""
-
Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?
-
"İlk övladımı düşündüm, çətin məqam idi"
-
“Real” Mbappeni SATIR
-
“Gələcəyə yaşıl miras” devizi ilə 40 min ağac əkilib - FOTO
-
Pilot motosiklet yarışında ağır qəzaya düşdü - ANBAAN VİDEO
-
Azərbaycan Prezidenti qonaqlara “Sea Breeze”ə baş çəkməyi tövsiyə edib
-
Oğluna 2 gün toy edəcək
-
Prezident WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib
-
"Barselona" yeni rekordla adını La Liqa tarixinə yazdırdı
-
Quterreş: Ümumdünya Şəhərsalma Forumu məqsədləri reallığa çevirmək üçün bir təkan olacaq
-
İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir
-
"Öpüşmə səhnələrinə görə anam neçə dəfə xəstəxanalıq oldu” - FOTO
-
Emin Əmrullayev Böyük Britaniyada təhsil alan Dövlət Proqramı tələbələri ilə görüşüb - FOTO
-
Prezident: Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır
-
Bakıya yenə güclü yağış yağacaq
-
İlham Əliyev: Hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük
-
Prezident: Biz qədim tariximizlə qürur hissi duyuruq
-
Səftər İsmayılov işdən çıxarıldı





