Kriminal

Azərbaycanda 8 tona yaxın çətənə kolu məhv edilib

5 İyul 2014 15:13
0 Şərh     Baxış: 816
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda müxtəlif miqdarda aşkar edilmiş yabanı halda bitmiş çətənə kolları məhv edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən Yengiyan kəndi ərazisindən ümumi çəkisi 2 ton 650 kiloqram olan 2209 ədəd çətənə kolları aşkar edilərək məhv edilib.

Daha bir oxşar əməliyyat Goranboy rayonunda həyata keçirilib. Belə ki, Xocalı RPŞ əməkdaşları tərəfindən Goranboy rayonunun Mənəşli kəndi ərazisində ümumi çəkisi 5 ton 200 kiloqram olan 6850 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.