Kriminal

Bakıda polisdən mavilərə qarşı reyd

5 İyul 2014 12:16
2 Şərh     Baxış: 2 256
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bir neçə gündür ki, Bakıda Yasamal rayonu ərazisində mavilərin "at oynatması" ilə bağlı xəbərlər mətbuatın gündəmindən düşmür

"Qafqazinfo" xəbər verir ki, Alatava qəsəbəsinin sakinlərinin mavilərlə bağlı etdikləri müraciətdən sonra polisin onları həmin ərazidən yığışdırıldığı bildirilsə də, bunun bir nəticə vermədiyi və onların yenidən küçədə toplaşdıqları haqda xəbərlər yayılmışdı.

Dünən xəbərlər yayıldıqdan sonra Yasamal polisi həmin ərazidə reyd keçirib.

Bununla bağlı "Qafqazinfo"ya Bakı Şəhər Baş Polis İdarəsindən məlumat daxil olub. Məlumata görə, ötən gecə polis həmin ərazidə reydlər keçirsə də, mavilərin toplaşmasına rast gəlinməyib. Bununla belə artıq ərazidə polis nəzarətinin tətbiqinə başlanıb. Xoşagəlməz mənzərənin yenidən yaranmaması üçün ərazinin daim diqqət altında saxlanılacağı bildirilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.