Kriminal

Cəlilabadda qonşular arasında dava: yaralanan var - VİDEO

5 İyul 2014 12:13
0 Şərh     Baxış: 1 040
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cəlilabadda qonşuların torpaq mübahisəsi davaya çevrilib.

APA TV-nin məlumatına görə, hadisə ötən axşam rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 35 yaşlı Maarif Məmmədəli oğlu Ağayevlə onun çəpər qonşuları olan Ramin Zamin Əzimov qardaşları arasında torpaq mübahisəsi yaranıb.

Ona məxsus həyətyanı torpaq sahəsinin 2 metrə yaxın hissəsinin Əzimov qardaşları tərəfindən zəbt edildiyini görən Maarif Ağayev buna etiraz edib. Mübahisə Maarif Ağayevin öz həyətindəcə qonşuları tərəfindən döyülməsi ilə başa çatıb. Sağ körpücük sümüyünün sınığı diaqnozu ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Maarif Ağayevə müvafiq tibbi yardım göstərilib və hazırda vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.