Kriminal

Keçmiş "zek"in evindən külli miqdarda narkotik tapıldı

5 İyul 2014 11:58
0 Şərh     Baxış: 734
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda keçmiş məhkumun evindən külli miqdarda narkotik vasitə tapılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 4-də İdarənin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Sabunçu qəsəbəsi, 26 Bakı Komissarı küçəsində yaşayan Eyvaz Məmmədovun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edilmiş, yaş çəkisi 2 kiloqram 800 qram olan 4 ədəd çətənə kolu aşkar olunub. Bundan əlavə, onun evindən 1 kiloqram 110 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Qeyd edək ki, 1963-cü il təvəllüdlü E.Məmmədov əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.