Kriminal

İçində 20 min manat olan seyfi oğurlayan qandallandı

5 İyul 2014 11:38
0 Şərh     Baxış: 910
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda 4 ay əvvəl içində 20 min manata yaxın pul olan seyfi oğurlamış şəxs tutulub

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu il martın 1-nə keçən gecə Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Ramil Aslanova məxsus Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsində yerləşən mebel fabrikindən içərisində 19.600 manat olan 45x90 ölçülü dəmir seyf oğurlanıb.

Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi, Binəqədi Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi və 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 4-də oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Nicat Zülfiyev tutulub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.