"Atamın intiqamını aldım" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən ilin avqust ayında Mərdəkanda qətlə yetirilən Amin Xudaverdiyevin (Mərdəkanski) cinayət işi üzrə hökm çıxarılıb.
Milli.Az bildirir ki, cinayəti törətməkdə təqsirləndirilən Ruhulla Abdullazadə barədə 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
İş materiallarından məlum olur ki, hadisənin kökündə uzun illər davam edən ailə mübahisəsi dayanıb. Təqsirləndirilən Ruhulla Abdullahzadənin ifadəsinə görə, mərhum Amin Məmmədovun qohumu vaxtilə onun atasını öldürüb. Abdullahzadə məhz bu səbəbdən qisas almaq qərarına gəlib.
Hadisədən öncə tərəflər arasında torpaq mübahisəsi də olub. Ruhulla Abdullahzadə atasından ona miras qalmış torpağı Amin Məmmədovun zorla satdırmaq istədiyini iddia edib. Hadisədən əvvəl R.Abdullahzadə mərhumu izləyib və onun Mərdəkan çimərliyində olduğunu müəyyənləşdirib. O, icarəyə götürdüyü "Hyundai Elantra" markalı avtomobillə hadisə yerinə gəlib və özü ilə gətirdiyi odlu silahı götürərək Məmmədova bir neçə dəfə atəş açıb.
Şahid ifadələrinə görə, qatil əvvəlcə qurbanı ilə heç bir söz demədən arxadan bir güllə atıb. Güllə Aminin başına dəyib və o yerə yıxılıb. Bundan sonra Abdullahzadə daha bir neçə dəfə də atəş açıb.
Məhkəmə iclasında R.Abdullahzadə özünü təqsirli bilib və cinayəti törətməkdə məqsədinin qisas almaq olduğunu bildirib:
"Mən atamın ölümünün intiqamını aldım. Aminin qohumu mənim atamı öldürüb, ailəmizin həyatını dağıdıb. Mənim qisas almaqdan başqa yolum yox idi. O, bizim torpağımızı da zorla ələ keçirməyə çalışırdı. Mən ona nə qədər xəbərdarlıq etsəm də, dayanmadı. Ona görə bu addımı atdım."
R.Abdullahzadə cinayəti törətdikdən sonra könüllü olaraq polisə təslim olub. O, məhkəmədə deyib ki, hadisədən sonra "102" xidmətinə zəng edərək törətdiyi əməli etiraf edib. Daha sonra polis əməkdaşları ilə görüş yerini razılaşdırıb və öz iradəsi ilə təhvil verilib.
Ruhulla Abdullahzadə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə təqsirli bilinərək 11 il həbs edilib. /Modern.az
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ötən gün 71 cinayətin açılıb, axtarışda olan 149 şəxs saxlanıldı
-
Bakıda qadın maşına hücum çəkdi - Anbaan Video
-
Rus model sevgilisi tərəfindən vəhşicəsinə döyüldü – Kəllə sümüyünün yarısını itirib - (Fotolar)
-
Türkiyədə azərbaycanlı uşaq ögey atasını öldürdü
-
"Times Square"də 2 nəfəri bıçaqlayan qadının bıçaqla rəqs görünütsü üzə çıxdı - (Video)
-
Bakıda qardaş və bacı bir-birini bıçaqladılar
XƏBƏR LENTİ
-
İranda benzinin qiyməti ikiqat artırıldı
-
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
-
Qrizmannın ABŞ-də çətin anları: Yaş dəsmal, soyuq kompres...
-
Beyləqanda ağır qəza: Ölən var
-
Bakıda türk turist taksi çağırıb özü sürdü, sürücü isə yuxuladı - (Video)
-
Şəmkirdə gənc oğlanı qatar vuraraq öldürüb
-
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
-
Bakıda Dördüncü İqlim Həftəsinin ikinci günü keçirilir
-
Azərbaycan neftinin qiymətində kəskin artım
-
Paytaxtın 10 küçəsində tıxac var
-
Bu bürclərin sentyabrda qara günləri başlayır
-
Ev alarkən satıcıya verilməli olan ilk sual açıqlandı
-
Süni intellekt bu peşəni sərt şəkildə vurdu: 40 min gənc bir gecədə işsiz qaldı
-
Otel otaqlarında ən çox unudulan əşya məlum oldu
-
Gecə yataqda edilən bu səhv kişilərə ağır zərbə vurur
-
“Mənə bacı deməyin” – Bülent Ersoydan estetik əməliyyat açıqlaması
-
Turistlərin ən çox cibgirlərin hədəfinə çevrildiyi şəhərlər
-
Avtomobilinizin qapısında salfet görsəniz, hərəkət etməyin
-
"Teşkilat"da rol alacaq - (Foto)
-
Azərbaycanın məşhur rejissoru vəfat etdi
-
ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
-
Bakının bəzi ərazilərində qaz olmayacaq - Yenilənib
-
Günün qoroskopu: Alqı-satqı işləri üçün münasib gündür
-
Pərviz Məmmədov vəfat etdi - (Foto)





