Kriminal

Keçmiş arvadının evinə gizli girdi - Cinayət işi açıldı

14 Oktyabr 2024 18:12
Baxış: 1 339
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağstafa rayonunda keçmiş həyat yoldaşının yaşadığı evə icazəsiz daxil olan şəxsə cinayət işi açılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  rayonun Vurğun qəsəbə sakini 1986-cı il təvəllüdlü Mamed Hacıyev Cinayət Məcəlləsinin 157.1-ci (Mənzil toxunulmazlığını pozma) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Bildirilib ki, bir müddət əvvəl M.Hacıyev həyat yoldaşından rəsmən boşanıb. Qadın bundan sonra Həsənsu kəndində anasından miras qalmış evdə yaşamağa başlayıb. M.Hacıyev isə boşandıqdan bir müddət sonra keçmiş arvadının yaşadığı evə gecə saat 05 radələrində gizli şəkildə daxil olub. Bunu görən qadın səs-küy salaraq onu evdən kənarlaşdırıb və polisə məlumat verib.

Ağstafa Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə M.Hacıyev Cinayət Məcəlləsinin 157.1-ci maddə üzrə təqsirli bilinib. Ona 350 saat ictimai işlər cəzası verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.